Skip to content
Raf
Arşın Mal AlanMovie · 1965

Posts

Arşın mal alan filmini izlədim🥹 4-cü sinifdə oxuyanda Novruz bayramı tədbirində bu filmin rəqsini etmişdik. 8-ci sinifdə isə məktəbimizdə keçirilən Böyük Oxu Günü tədbirində dram və vokal dərnəyinin üzvü olaraq Arşın mal alan filminin bəzi epizodlarını canlandırmışdıq. Çox əyləncəli bir təcrübə idi. Mən Asiya rolunu canlandırırdım. Canlandırdığım rolun tam əksi idim deyə qıcıq olurdum ahahahha😂 Asiya evlənmək, un çuvalına tay olmamaq istəyirdi, Ülkər(yəni mən) isə “evlənmərəm, lap un çuvalına tay olaram” düşüncəsində idim😂 Buna baxmayaraq rolumu çox gözəl oynayırdım. Bəlkə də elə buna görə belə tədbirlərdə həmişə önə çıxırdım ahahahha. Bu arada partnerim olan Süleyman rolunu da qardaşıma vermişdilər. Ona görə provalardan əlavə evdə də çox çalışırdıq. Ən çox sevilən performans da bizimki olmuşdu. Quliyevlərin hər zamankı kimi fərqlənməsi. 😍🤍 İmtahanlarımla bağlı biraz aradan sonra yenə film izlədim bu filmi izləməyidə Tiktokda gördüyüm bir video səbəb oldu bir anda anılarım gözümdə canlandı😍 İmtahablarım 7/7 btw.

Everyone has a shelf. What's on yours?

Continue with Email