Skip to content
Raf
Gün Keçdi

Gün Keçdi

197183 min

Categories

Country

More

Director:
Arif Babayev
Duration:
1 Hour 23 Minute

Description

The film is about man and woman who remembered their childhood. The film reflects atmosphere of Baku. It is an adaptation of Anar Rzayev's "Georgian surname" novel.

Comments

“-Yaxşı, de görüm işindən razısan? -Ümumiyyətlə baxanda razıyam. Bilirsən illər keçir, yaşa dolduqca hər şeyə ayıq baxırsan. Başa düşürsən ki, bəşəriyyətin dahisi deyilsən. Başa düşürsən ki, həyatda sənin kimilər çoxdur. Elə ki bunları başa düşdün, onda yaşamaq da asan olur, sakitcə oturub öz işini görürsən.” “Həyatda məncə ən gözəl şey odur ki, insan özü üçün bir nağıl uydura bilsin. Əfsanə ya həqiqət dəxli yoxdur, əsas budur ki, uydurduğu nağıla inansın.”

Biz xaricdə olanda mən hər gün Moskva radiosuna qulaq asırdım. Görən Bakıda hava necədir. Biləndə ki, Bakıda yağış yağır, soyuqdur, mən də üşüyürdüm. - De görum işindən razısan? - Ümumiyyətlə baxanda razıyam. Bilirsən illər keçir, yaşa dolduqca hər şeyə ayıq baxırsan. Başa düşürsən ki, bəşəriyyətin dahisi deyilsən. Başa düşürsən ki, həyatda sənin kimilər çoxdur. Elə ki bunları başa düşdün, onda yaşamaq da asan olur. Sakitcə oturub öz işini görürsən. “Gün keçdi, amma ömür hələ keçməyib.” deyir Əsmər. Məncə bir az əksinədi, günlər keçmir, amma ömür uçub gedir. İnsan sevmədiyi, xoşbəxt olmadığı həyatı yaşamağa məcbur olanda özü də fərqində olmadan illərini tükədir. Amma bundan daha betəri var, xoşbəxt olduğunu sanmaq. Bu yalana hər kəsdən çox özünü inandırıb bir ömür yaşamaq. “Gün keçdi” filmi qəlbimin incə tellərinə toxundu, Əsməri qınamadım, onu anladım. Qırğınlıqlarını gülüşündə gizlətməyini, sevirəm deyə bilməyib də Bakıda hava soyuq olanda üşüyürəm deməyini, qaçan gözlərindən onu anladım. ~ Zaman aldıqlarını geri vermir.

Filmi təsvir etməyə söz belə tapa bilmirəm... İki Azərbaycan Korifeyi Həsən Məmmədov və Leyla Şıxlinskayanın yəni, Arşın mal alan'ın Əsgər və Gülçöhrəsinin canlandırdığı möhtəşəm hekayə. Hekayə olduqca məntiqəuyğun və dolğun yazılıb. Məhv olub gedən bir münasibət əsas götürülüb. Bunula belə, bu hekayənin Rejissor Arif Babayev'in xatirələrindən götürüldüyü yazılıb. Əgər bu həqiqətən belədirsə, təsirlənməmək mümkünsüzə yaxın dərəcədədir...

Ilk öncə çox tənqid elədiyim, ssenariyasını sevmədiyim, əsəb keçirdən film oldu. Amma yaxşı başla düşünəndə insanın içində qalan ən kiçik qırıqlıq, istək, arzu kimi duyğuların gələcək həyatda yaratdığı mənfi təsirlərindənsə, çarənin yerindəcə hərşeyi hell etmek olduğunu bir daha sübut edən dəsti xətti olduğunu gördüm. Sujet xətti insanı yormur. Baş rollarin arasındakı sevgi və dostluqda çox yaxşı şəkildə göstərilib.

Everyone has a shelf. What's on yours?

Continue with Email