İçeriğe geç
Raf
Cavid ÖmrüFilm · 2007

Tüm Gönderiler

Hüseyn Cavid aşiqi olan bir adam bu filmi mütləq izləməlidi. Hüseyn Cavid XX əsrin ən cəasrətli, ən demokratik, ən ağıllı, ən hazırcavab yazıçılarından biridir. Filmin mövzusu və məzmunu Hüseyn Cavidin yazdığı əsərlərin tamaşada oynadılması, Azərbaycanın teatr sahəsindəki yenilikləri, o dövr üçün xarakaterik olan bəzi hadisələr, bəzi müxalifətçilər, ermənilər və ağılsız bəzi azərbaycanlıların böyük səhvinə görə Sibirə sürgün olunan "Cavid ömrü"dür. Hüseyn Cavid:"Mən onu baş üçün yazmışam, boş üçün yox". Filmdə Hüseyn Cavid (Rasim Balayev), xanımı Miskinaz xanım (Dilarə Əliyeva), oğlu Ertoğrul (Vüsal Murtuzəliyev), qızı Turan (Dəniz Tacəddin), iblis (Məmməd Səfa) kimi obrazlar var. Və dediyim kimi Cavidşünaslar və sənədli film sevənlər baxa bilərlər. Xoş seyirlər😘

Ne izledin, ne okudun? Herkese anlat.

E-posta ile Devam Et