İçeriğe geç
Raf
MəhəlləFilm · 2003

Tüm Gönderiler

Azərbaycan yumorunun prime vaxtları ... İmanov qardaşlarına, onların bu qədər yaradıcı, bu qədər təbii və bu qədər hazırcavab olmasına özümü bildim biləli heyran olmuşam. Parni iz Bakunun efir qadağası aldıqdan sonra belə hələ də kanalları gəzəndə gözüm onları axtarır. Keçək filmə... Film demək olar bir klassikadır. Biz şəxsən Eliş və Roşkanın sözlərini də, elə adlarını da öz aramızda zarafat üçün istifadə edirik. Bununla belə Məzi obrazı digərlərindən fəqli olaraq, mənim bəyəndiyim bir obrazdır. Nə qədər fərqli görünsə də, söylədiyi ifadələrdəki məna çox gözəldir. Klassik İmanovlar... Yumorun içərisində həm siyasət, həm dövrün problemləri, həm xalqın düz bildiyi səhvlər... Bütöv olaraq Məhəlləni, Parni İz Baku komandasını həqiqətən bəyənirəm. Saylarının gələcəyimizdə də olması və artması diləyi ilə... Siz sağ, mən salamat

Ne izledin, ne okudun? Herkese anlat.

E-posta ile Devam Et