Çox qəşəng idi. Filmin sonunda hekayənin gerçək olduğunu öyrəndim. 5 oyuncu ilə finala qalmaları mənə biraz abarti gəlmişdi amma inanmaq herseyi bacarmaq demək imiş .
Bu səhər izlədim bu filmi Benedict sevdiyim bir oyuncudur bir çox filminə baxmışam tebiiki Sherlockdan tanıyıram ☺️bu filmdə anladığım birşey var insanın yaşaması üçün bir hədəfə ehtiyacı var Henrynin hədəfi hərzaman daha varlı olmaq idi bunun bir yolunu axtarırdı və sonunda tapdı amma hərgün milyarlar qazanmaq onu xoşbəxt etmirdi bütün insanlar beledi hədəflərinə çatanda həmin istədiklərinden soyuyurlar xoşbəxtlik uzunmuddetli bir hadisə deyil bir yerdə oxumuşdum ən çoxu 2hefte xoşbəxt ola bilərsən sonra yenə özünə bir hədəf tapmalısan .biz insanlar daima birseyin arxasınca qaçırıq xəyallarımız var .xəyallarımız olmasa bizde olmariq
bir söz var insanlar unudular amma sene ne hiss etdirdikleri unudulmur bu serialın ilk sezonunu illər əvvəl izlədiyim üçün tam xatırlamıram amma mənə nə hiss etdirdiyini xatırlayıram.ikinci sezonu dünən bitirdim və çox sevdim .şeytan və melek anlayışı bu serialda bildiklərimizden biraz fərqlidir mən ən çox bunu sevdim Ying yang ☯️ kimi yeni yaxşınin içində pis pisin də içində yaxşı var .bilmirəm bu nə qədər düzdu.son bölümü biraz türklər demiş oldu bitdiye gətirilib birdeki homofob deyiləm amma nə gərək var heryerde belə şeylər etməyə deyə düşünürəm bu hissəsi biraz spoiler oldu☺️neyse məncə izləyin
Bu programda gonderi olmadığını görəndə mene çox qəribə gəldi 2013 cür ildən bu programın daimi izleyicisiyem .son bölümler tərcümə edilmədiyi üçün baxa bilmirəm amma bu məni dayandırmır baxdığım bölümlere yeniden açıb baxıram .Bu 8 nəfər mənim həyatımda çox özəl yer tutur . Istəyərdim ki bir çox insan bu programa baxsın və üzündə gülüş yaransın .entrika və dram dolu filmlərdən biraz uzaqlaşmaq lazım ☺️
Baxdığım ən yaxşı filmlərdən idi. Birçox ölkələrdə məktəb uşaqları arasında zorbaliq çox yayılıb bunun nə səbəbini ne günahkarini tam deyə bilərəm. Uşaqlarımıza təhsil verməkdən öncə insanlıq öyrətməliyik onlari vicdanları ilə tanış etməliyik bu filmdə zorbaliq edənlerden əlavə onu görüb sessiz qalanlarda çox idi. Susmaqla həyatlarına davam edə biləcəklərini düşündülər amma elə deyil qorxaq kimi yaşayıb qorxaq olaraq olurler .