Spoiler içeriyor
Uzun zamandan sonra izlədiyim bir filmlə səhnələrə geri dönüş edirəm🤭Bəlkə də bunu paylaşandan sonra yenə uzun müddətlik qeybə çəkiləcəm amma olsun. Və beləliklə, hər kəs vaxtilə izləyib fikrini təmtəraqla paylaşdığı zaman əsla və əsla izləməyən Aynur, nəhayət Avatar: suyun yolu…devamıUzun zamandan sonra izlədiyim bir filmlə səhnələrə geri dönüş edirəm🤭Bəlkə də bunu paylaşandan sonra yenə uzun müddətlik qeybə çəkiləcəm amma olsun.
Və beləliklə, hər kəs vaxtilə izləyib fikrini təmtəraqla paylaşdığı zaman əsla və əsla izləməyən Aynur, nəhayət Avatar: suyun yolu filmi haqqında fikrini sizinlə bölüşür.
Hər dəfə burada post paylaşmağa hazırlaşanda içimdə dediyim o bir neçə sözdən ibarət şablon cümlə: "Kaş şəkillər də paylaşmaq olsaydı😑(bəli, sifətim də məhz bu formada olur😁)Nəysə, keçək əsas məsələyə.
Fikrimə onunla başlamaq istəyirəm ki, mən Jake dayıya olduqca qıcıq oldum bu filmdə. Özüm ölüm, neçə dəfə s*ydüyümü unutmuşam. (Halbuki xanım bir qızam mən☺) Hələ o sonluq ki, var orda artıq krizə girmişdim. Telefonu dişləyəcəkdim acıqdan😬(bu mübaliğəni istifadə etməsəydim olmazdı😂)
Deməli, bu Jake dayı bütün film boyu Sipederin atasıyla siçan pişik kimi qaçdı-tutdu oynadılar. Hamını pərən-pərən saldılar. Atam, onsuz da məlum idi ki, əvvəl axır olacaq o döyüş. Daha nəyə qaçırsan? Gözəlim Neytiri deməkdən yorulmuşdu savaşaq deyə. "Yox mon oilomo qoroyocom" deyərək dolanırdı ortalıqda. Olan yazıq Neteyama oldu. Ona çox pis oldum. (Əzizimiz Neteyam. Səni unutmayacağıq.)
Yaxşı bəs bu olanlardan sonra sizcə qəribə məxluq Jake nə desə yaxşıdı? Baxın olduğu kimi yazıram. Amma tövsiyə edirəm ki, yanınıza soyuq su alın birinci. Hazırsız? Sözləri👇
"Mən anladım ki, qaçmaqla ailəni qorumaq olmaz."
Baxın, indi burada başından qaynar su tökülməsin nə etsin? Neytiri bu qəribə məxluq Jake'ə necə dözür anlamıram.😬
Jake'i bu bərbad performansına görə yıxıb-sürüdüyümüzə görə keçim digər nüanslara.
Kiri mənə tanış gələn bir xarakter idi. Amma tapa bilmirdim ki, onu kimə bənzədirəm və film boyu gah sevdim, gah da sevmədim onu. Hələ də sirli bir varlıq olaraq qalıb. Tam olaraq rolu nədən ibarətdi, bacarığı nədi açıqlanmadı. Növbəti filmdə görək bu Kiri əslində kimdi. (Amma Neytiri Great Mother dedikcə ağlıma Kiri gəlirdi mənim)
Mən Rolan, Tsireya və Neytiri barədə danışmaq istəyirəm.
Rolan və Tsireyanın gözəlliklərinə heyran qaldım. Uzun və qıvırcıq saçları, iri gözləri...Çox xoş görünürdülər. Neytiri isə güclü xarakterdi gözümdə. Üzərinə gözəlliyini də əlavə edəndə rəqibsiz bir məxluqdu məncə.
Mənim gözüm şəxsən film boyu ancaq qadınları axtardı. Onlar mükəmməl idilər.
Bax yenə sonluğu yadıma düşdü, əsəb gəldi😑Heyif Jake, heyif.
Belə dostlar. Ümumi fikirlərim bura qədər idi. Mən filmi sadəcə effektləri olduqca gözəl olduğu üçün izlədim. Bir də bir ara Jake təslim olurdu. O hissədə qızğın müharibə başlayanda həvəslə izlədim. Qalan hissələr sanki onların günlük həyatlarını izləyirmiş kimi gəldi. Ailə problemləri, ərgənlərin dikbaşlığı bla bla bla.
Bu qədər. Xoş izləmələr🙌🏻🍀