Əslində, kitabda yazılan bir çox şeylə tanışıq. Bunlar bizə təhsil həyatımız boyunca az çox bizə diktə edilən məlumatlardır. Bu məlumatları daha da açıqlayır, keçmişin necə keşməkeşli və cahil olduğunu daha da göstərməyə kömək edir. Müəllifin yazdığı tərzdən də xüsusilə bunu vuğuladığını görməmək mümkün deyil. Şəxsən, Bakının köhnə vəziyyəti haqda məlumat etmək üçün mənə faydalı olduğunu düşünürəm.
Şəxsən, film bitəndə insanlığın qədimdən bəri qoruduğu narsizmi ələ aldığını sanmışdım. Gözlədiyimdən fərqli bir məfhumu var imiş, daha çox dini, xristianlığı ələ alaraq çəkilmişdir. Fikrimcə, biraz lazımsız uzun idi, amma özündə tutmağı bacarır.
Düzü, mən də başda çox insan kimi anlamadım, obraza sonda nə olur. Araşdırmağa çalışdım, hərə öz fikrini ifadə edirdi. Kimisi hə, adam da oradakılar kimi idi, kimisi isə oradakəların həyata keçirdiyi layihənin açıqlanmasının qarşısı alınması üçün onu dəli olduğunu düşünməyə vadar etdiyini qeyd edib. Amma məncə, məğz bizim necə baxdığımızdır. Məncə, elə sonluğun belə olması nəyə inanmağa çalışsaq onu görəcəyimizi çatdırmaq üçün idi.
Dostlar, şərh etmək istədiyim mövzu yoxdur, ona görə əvvəldən baxdığım bu filmə fikir bildirəcəm. Axırı heç gözlədiyim kimi bitmədi, hər şey əla gedirdi ki, son dəqiqələrdə ən gözləmədiyim hadisələr baş verdi. Xoşbəxt sonluqla bitsin deyə əllərindən gələni ediblər, lakin heç yaxşı deyil.
Dostlar, kitab bizə vermək istədiyi ideyanın kifayət qədər öhdəsindən gəlib. Şəxsən, həddindən artıq qiymətləndirildiyini düşünmürəm. Qeyd edim ki, gözlədiyimdən tez bitirdim, çünki kitabı pdf olaraq oxuyurdum və doqquzuncu günün sonunda bitirdim.
Dostlar, yeniyəm. Dedim, biraz dünyagörüşümü artırım. Oxuduğum kitab və baxdığım filmlərin sayı çox azdır, bəlkə bunun vasitəsilə istəklərimi hərəkətə keçirərəm.