İzlerken 2020 gözlerimin önünden geçdi. 17 Ekim Gence terörü korkarak uyandığım gec o patlama sanki yeniden duydum. Çok güzel filmdi. Emeyi geçen herkese teşekkür ederim.
Tüm Gönderiler
6 il əvvəl qəhrəman əsgərlərimiz bir tarix yazdı. İnsanlar “bunu niyə filmə çəkmirlər?” deyə haqlı iradlarını bildirirdilər və budur, nəhayət, həmin film gəldi — “44”. İlk öncə onu deyim ki, filmin çəkilişlərindən, döyüş səhnələrindən hiss olunur ki, çox böyük əziyyət var. Aktyorlar da əllərindən gələni ediblər ki, yaxşı bir iş ortaya çıxsın və ümumi baxsaq, buna nail olublar. Filmin əvvəlindəki zaman keçidləri (geriyə qayıdışlar) izləyicini ilk dəqiqələrdən ekrana bağlamaq üçün çox uğurlu seçimdir. Dialoqların təbiiliyi, aktyor oyunu və film boyu davam edən döyüş səhnələrindəki peşəkarlıq dərhal gözə çarpır. Düzdür, bəzi məqamlarda aktyorların o ağır emosional yükü tam çatdıra bilməməsi kiçik bir çatışmazlıq kimi hiss olunurdu. Bundan əlavə, 2 saat 40 dəqiqəlik müddətə baxmayaraq, film bitəndə insanda "sanki nəsə yarımçıq qaldı" hissi yaranır. Əslində bunu da başa düşmək olar, çünki hər şeyi əhatə edib izləyiciyə ötürməyə çalışıblar. Amma filmdə əsgərlərimizin şəhidlərimizi çiyinlərində daşımağını, Şuşa döyüşlərindəki bıçaq səhnələrini də görmək istərdim — çünki biz vaxtında belə eşitmişdik. Bütün bunlara rəğmən film izləyiciyə çatdırmaq istədiyi mesajı çatdırıb. Fikirlərimi ümumiləşdirsəm: 2 saat 40 dəqiqə boyunca sıxılmadan izləyərək qəzəbləndim, güldüm, ağladım, məyus oldum, amma sonda sevindim, qürurlandım. Sanki həmin günlərə geri dönüb o hissləri yenidən yaşadım. “44” sadəcə bir film deyil, bizim yarımçıq qalan arzularımızın tamamlandığı, şəhidlərimizin bizə əmanət qoyduğu qürur hekayəsidir. Gedin, izləyin, o günləri bir daha ruhunuzda hiss edin. 🇦🇿
Müasir Azərbaycan filmlərindən ən möhtəşəmi budur deyə bilərəm. Yeganə film oldu ki, YouTube və ya başqa platformalarda yayınlanmağını gözləmədən gedib sinemadan izlədim, bütün aktyorlara, əziyyəti keçən hər kəsə halal olsun. O hissi o qədər real bir şəkildə yansıdıblar ki. Əsgərlərin Şuşaya qayalardan dırmaşması səhnəsi hələ… İnsanların tükləri biz-biz olur. Hər izlədiyim film, serial və ya kitab haqqında paylaşım edən biri deyiləm, sadəcə hədsiz valeh olduqlarım haqqında paylaşım edəcəyəm. İlki isə “44” filmi oldu. Çünki bu mövzuda ilk olmağa da layiq idi😍
2-ci Qarabağ müharibəsi zamanı 12 yaşım var idi, düşünürəm ki yaşananları anlamaq üçün heç də az yaş deyil. İnsanların görəsən necə olacaq deye düşünməkləri, daim təşviş içində olmaları, həmçinin neçə - neçə igid qardaşlarımızı itirməyimiz. Əlbəttə torpaqlarımızı qaytarmaq heç də asan olmadı amma biz bizim olanı igid şəhidlərimizin, qazilərimizin canı qanı bahasına və həmçinin bütün Azərbaycan xalqını birliyi sayəsində geri qaytardıq. Allah şəhidlərimizə rəhmət etsin, qazilərimizə can sağlığı versin. Filmə gəldikdə isə, ümumilikdə yaxşı filmdir bəyəndim. Ara - sıra duyğulandığım bəzi səhnələr də oldu. Amma düşünürəm ki daha da yaxşı eyni zamanda duyğulu bir iş ortaya çıxara bilərdilər. Həmçinin filmdə Məmməd Səfanı baş rolların birində görmək istəyərdim əsas da komandir rolunun daha çox yaraşacağını düşünürəm, amma, təəssüf ki, filmdə rol verilməmişdi. Filmin giriş və final hissəsi yaxşıdı amma sanki inkişaf hissəsində nəsə çatmır bir az əksiklik hiss olunur. Amma ümumilikdə yaxşı işdir, filmdə əməyi keçən hər bir kəsə təşəkkürlər.



