İçeriğe geç
Raf
44 sayfasını aç44Emrah MiraslanovFilm · 2026
4 gönderi

6 il əvvəl qəhrəman əsgərlərimiz bir tarix yazdı. İnsanlar “bunu niyə filmə çəkmirlər?” deyə haqlı iradlarını bildirirdilər və budur, nəhayət, həmin film gəldi — “44”. İlk öncə onu deyim ki, filmin çəkilişlərindən, döyüş səhnələrindən hiss olunur ki, çox böyük əziyyət var. Aktyorlar da əllərindən gələni ediblər ki, yaxşı bir iş ortaya çıxsın və ümumi baxsaq, buna nail olublar. Filmin əvvəlindəki zaman keçidləri (geriyə qayıdışlar) izləyicini ilk dəqiqələrdən ekrana bağlamaq üçün çox uğurlu seçimdir. Dialoqların təbiiliyi, aktyor oyunu və film boyu davam edən döyüş səhnələrindəki peşəkarlıq dərhal gözə çarpır. Düzdür, bəzi məqamlarda aktyorların o ağır emosional yükü tam çatdıra bilməməsi kiçik bir çatışmazlıq kimi hiss olunurdu. Bundan əlavə, 2 saat 40 dəqiqəlik müddətə baxmayaraq, film bitəndə insanda "sanki nəsə yarımçıq qaldı" hissi yaranır. Əslində bunu da başa düşmək olar, çünki hər şeyi əhatə edib izləyiciyə ötürməyə çalışıblar. Amma filmdə əsgərlərimizin şəhidlərimizi çiyinlərində daşımağını, Şuşa döyüşlərindəki bıçaq səhnələrini də görmək istərdim — çünki biz vaxtında belə eşitmişdik. Bütün bunlara rəğmən film izləyiciyə çatdırmaq istədiyi mesajı çatdırıb. Fikirlərimi ümumiləşdirsəm: 2 saat 40 dəqiqə boyunca sıxılmadan izləyərək qəzəbləndim, güldüm, ağladım, məyus oldum, amma sonda sevindim, qürurlandım. Sanki həmin günlərə geri dönüb o hissləri yenidən yaşadım. “44” sadəcə bir film deyil, bizim yarımçıq qalan arzularımızın tamamlandığı, şəhidlərimizin bizə əmanət qoyduğu qürur hekayəsidir. Gedin, izləyin, o günləri bir daha ruhunuzda hiss edin. 🇦🇿

Yükleniyor…

Ne izledin, ne okudun? Herkese anlat.

E-posta ile Devam Et