İçeriğe geç
Raf
Nəsimi

Nəsimi

197396 dk

Kategoriler

Ülke

Daha Fazla

Süre:
1 Saat 36 Dakika

Açıklama

14. ve 15. yüzyılda geçen bu Azeri filminde Türk divan şairi Nesimi'nin hayatı geniş bir kültür ortamıyla beraber anlatılıyor. Şairin gazelleri, ustası ile olan ilişkisi, dünya görüşü, cahil insan ile kamil insan düşüncesi gibi çok geniş bir kültürel ve felsefi ortamda geçen Näsimi (1973) filmiyle bir divan şairinin hayatı etrafında dönemin hakim görüşleri, düşünce farklılıkları, iktidar sahiplerinin acımasızlığı ve halkın şairinin halk tarafından ölümsüz kılınması güzel bir şekilde vurgulanıyor.

Yorumlar

Az öncə “İmadəddin Nəsimi” filmini izlədim. Nəsiminin qəzəlləri həmişə məni özünə cəlb edib. Ən çox sevdiyim qəzəlləri isə “Arzular” və “Sığmazam”dır. “Məndə sığar iki cahan, mən bu cahana sığmazam" "Gövhəri-laməkan mənəm, kövnü məkana sığmazam.” Bu misraları hər oxuyanda Nəsiminin düşüncə dünyasının necə böyük olduğunu daha yaxşı hiss edirəm. Nəsiminin poeziyasında ən çox xoşuma gələn cəhət insanın mənəvi böyüklüyünü və azad düşüncəni tərənnüm etməsidir. Elə buna görə də onun “Zərrə mənəm, günəş mənəm, çar ilə pəncü şeş mənəm” kimi misraları bu gün də mənə xüsusi təsir bağışlayır. Yadımdadır ki, Azərbaycanda Nəsimi ili elan olunanda mən 8-ci sinifdə oxuyurdum. Nəsiminin 650 illik yubileyi münasibətilə keçirilən tədbirdə onun qəzəllərindən birini səsləndirmişdim. "Hardasan" Hətta həmin vaxt Nəsiminin bir qəzəlini alman dilində də təqdim etmişdim. Bu, mənim üçün çox maraqlı və yaddaqalan təcrübə olmuşdu. Ən xoşuma gələn isə "Arzular"dır. "Bir dəxi görmək camalın könlüm, ey can, arzular" "Xəsteyi-dərdi-fəraqın dərdə dərman arzular" "Ey üzün cənnət, boyun tuba, sözün abi-həyat" "Qulluq etməklik tapunda hurü qılman arzular."

"Məndə sığar iki cahan, mən bu cahanə sığmazam, Gövhəri-laməkan mənəm, kövnü məkanə sığmazam Kimsə gümanü-zənn ilə olmadı həqq ilə biliş, Həqqi bilən bilir ki mən, zənnü gümanə sığmazam!"

İlk izlədiyim və ən bəyəndiyim Sovet filmi... Rasim Balayevin yaratdığı möhtəşəm obraz... Sözün əsl mənasında film həqiqətən tam Nəsimini canlandırır. Onun həyatını, yazdıqlarını və əsl zahiri görkəmini. Aktyor olaraq Rasim Balayevin seçilməsi isə ən doğru seçimdir.

Sami Yusuf - Nasimi (ben bu cihana sığmazam) isimli videosunu izledikten sonra Nesimi kim merak ettim ve filmi bu nedenle izledim. Filmin dili Azeri Türkçesi ama çoğu konuşma anlaşılıyor. Nesimi ve Timur sahnesi başarılıydı. Nesimi anlamak için bayağı bi donanım istiyor ve kafa yoruyor şiilik hurufilik vs bilmek lazım yoksa işin içinde çıkılmaz gibi.

Ne izledin, ne okudun? Herkese anlat.

E-posta ile Devam Et