12. Paralel xətlə uzanan iki – çətin və asan həyat yolu heç vaxt kəsişmir. Amma onlar mütləq bir-birlərini əvəz edir. Vüqar Bayramlı - Tərk Edilmişləri Qovuşduran Ruhlar
11. Nə var ki, həmin oğlanın bir balaca imkanı var. Hə, nə olsun? Məgər buna görə övladı kimə gəldi vermək olarmı? Vüqar Bayramlı - Tərk Edilmişləri Qovuşduran Ruhlar
8. Belə çıxır ki, yenə də bəşəriyyətdə saf hisslər maddi nemətlərlə mübarizədə məğlub olur. Məgər, həyatın “ədalət” prinsipi budurmu?!.. Vüqar Bayramlı- Tərk Edilmişləri Qovuşduran Ruhlar
6. Hal-hazırda elə bir vəziyyət yaranıb ki, inşaatçı ürək xəstəlikləri haqqında elmi-tibbi kitablar yaza bilər. Üstəlik, əgər həmin adamın yaxşı pulu varsa, cəmiyyətdə onu tənqid etmək əvəzinə, qeyri-adi qabiliyyət sahibi olduğunu deyərlər. Vüqar Bayramlı - Tərk Edilmişləri Qovuşduran Ruhlar