Spoiler içeriyor
Yusif Gülyaya qaçmağı təklif etdik də, Gülya "Bəs mənim valideynlərim? Onlar məni ölənədək bağışlamaz" demişdi. Yusif buna qarşılıq olaraq: "Bəs mən bağışlayaram?" sualını vermişdi Gülya Yusifin sözünü yerə salmadı, onunla getdi. Bəs sonra? Yusif öldükdən sonra Gülya Yusifi bağışladı mı?
Düzünə qalsa, daha yaxşı gözləntilərim var idi. Bu qədər məşhur bir filmi bu populyarlığa çatdıran bir səbəb olmalı idi. Və deyəsən bu filmin daha çox tərzində özünü biruzə verdi. Film ümumi olaraq biraz Salvador Dali havası verir. Əslinə qalsa, yaxşı…devamıDüzünə qalsa, daha yaxşı gözləntilərim var idi. Bu qədər məşhur bir filmi bu populyarlığa çatdıran bir səbəb olmalı idi. Və deyəsən bu filmin daha çox tərzində özünü biruzə verdi.
Film ümumi olaraq biraz Salvador Dali havası verir. Əslinə qalsa, yaxşı filmdir, ancaq bilmədiyim bir şey bu filmi mənə çox da sevdirmədi kimi...
Məncə bu qədər Populyarlığa layiq bir film deyil (əlbəttə ki, bu mənim şəxsi təəsüratımdır) Bununla belə, lazımsız səhnələrin filmdə olmasına qəti qarşıyam. Nəticədə də, həmişə helə filmlər qarşıma çıxır.
Hisslərimi izah etmək üçün söz tapmaqda çətinlik çəkirəm... Film möhtəşəmdən belə ötəsi idi. Hal-hazırda bu filmi niyə daha əvvəl izləmədiyim üçün çox peşmanam. Həmişə qabağıma çıxırdı və hər dəfəsində baxaram deyib ötüşdürürdüm. Amma indi 2 saat yarımın necə keçdiyini belə…devamıHisslərimi izah etmək üçün söz tapmaqda çətinlik çəkirəm... Film möhtəşəmdən belə ötəsi idi. Hal-hazırda bu filmi niyə daha əvvəl izləmədiyim üçün çox peşmanam. Həmişə qabağıma çıxırdı və hər dəfəsində baxaram deyib ötüşdürürdüm. Amma indi 2 saat yarımın necə keçdiyini belə hiss etmədim.
Bununla belə, filmin sonunu olduğundan fərqli gözləyirdim. Amma ilk filmdir ki sonunun düşündüyüm kimi olmamasına sevinirəm. İzləyin, izlətdirin...
Filmin süjeti Stephen Hawking'dir (yəqin ki, tanıyırsınız) Vallah, baxdıqdan sonra fizika oxumaq həvəsi gəldi mənə, sizi bilmərəm. Tək onu deyə bilərəm ki, bu film sayəsində Stepheni sevə də bilərsiniz, Nifrət edə də bilərsiniz. Eyni zamanda Mənim Nyutona qarşı olan hisslərim…devamıFilmin süjeti Stephen Hawking'dir (yəqin ki, tanıyırsınız) Vallah, baxdıqdan sonra fizika oxumaq həvəsi gəldi mənə, sizi bilmərəm. Tək onu deyə bilərəm ki, bu film sayəsində Stepheni sevə də bilərsiniz, Nifrət edə də bilərsiniz. Eyni zamanda Mənim Nyutona qarşı olan hisslərim kimi- Bəzən sevə, bəzən sevməyə də bilərsiniz. Sevməməyə səbəb yalnızca ağacdan düşən o almadır...(Və yaxud da Nyutonun elə özü)
Nazi Almanyasını əla və ətraflı şəkildə biruzə vermiş əsrarəngiz bir əsər... Yəhudilərə qarşı olan rəftar heç bir artıqlıq və ya əskiklik olmadan kamera önündə yer almışdır. Filmin dramatikliyi əla normadadır. Nə insanı bezdirmir, nə də "Bu nə dramatiklikdir?" Sualımı insana…devamıNazi Almanyasını əla və ətraflı şəkildə biruzə vermiş əsrarəngiz bir əsər...
Yəhudilərə qarşı olan rəftar heç bir artıqlıq və ya əskiklik olmadan kamera önündə yer almışdır. Filmin dramatikliyi əla normadadır. Nə insanı bezdirmir, nə də "Bu nə dramatiklikdir?" Sualımı insana verdirmir. Film həqiqətən izlənməli olan filmlər arasındadır.
Həm film, həm də kitabın özü həddindən artıq maraqlıdır. Xüsusilə 11-13 yaş aralığı üçün möhtəşəm bir şeydir. Hansı ki, gənclərimizin və uşaqların çoxda uyğun olmayan şeylərə məruz qaldığı bir dövrdə yaşadığımızı göz önünə gətirsək, yəni nəzərə alsaq, başa düşərik ki…devamıHəm film, həm də kitabın özü həddindən artıq maraqlıdır. Xüsusilə 11-13 yaş aralığı üçün möhtəşəm bir şeydir.
Hansı ki, gənclərimizin və uşaqların çoxda uyğun olmayan şeylərə məruz qaldığı bir dövrdə yaşadığımızı göz önünə gətirsək, yəni nəzərə alsaq, başa düşərik ki bu tip yeniyetməlik həyatının fraqmenti kimi olan kitab və filmlərə daha çox ehtiyac var.
Filmdə fərqli yanaşmalar çoxdur. Verilən qərarların vacibliyi də həmçinin. Əsas süjet 12 adam haqqında danışır. Hansı ki, bu adamlar məhkumu xilas edə də bilər, həyatını puç edə də bilərlər həmçinin. Hadisələrə qarşı çox fərqli bir yanaşma müşahidə olunur dediyim kimi.…devamıFilmdə fərqli yanaşmalar çoxdur. Verilən qərarların vacibliyi də həmçinin. Əsas süjet 12 adam haqqında danışır. Hansı ki, bu adamlar məhkumu xilas edə də bilər, həyatını puç edə də bilərlər həmçinin. Hadisələrə qarşı çox fərqli bir yanaşma müşahidə olunur dediyim kimi.
Əsas da, sadəcə bir adamın etirazı ilə digərlərinin hadisəyə daha fərqli yanaşmağa çalışması filmi xüsusi edir.
Filmini izləməkdən çox, əsərin özünü oxumağı tövsiyə edərdim. Sözün əsl mənasında möh-tə-şəm bir əsərdir. İndiyədək oxuduğum kitablar arasında xüsusi yer tutur və hansı ki, buna layiqdir də. Kitab istər axıcılıq, istər süjet, istər fəlsəfi olaraq insanı özünə cəlb edir. Mən…devamıFilmini izləməkdən çox, əsərin özünü oxumağı tövsiyə edərdim. Sözün əsl mənasında möh-tə-şəm bir əsərdir. İndiyədək oxuduğum kitablar arasında xüsusi yer tutur və hansı ki, buna layiqdir də.
Kitab istər axıcılıq, istər süjet, istər fəlsəfi olaraq insanı özünə cəlb edir. Mən deyərdim hətta bu kitabı oxuyub, onu sevməmək qeyri-mümkündür.