- What's the matter with me? - Nothing. - I'm difficult. - You're challenging. - I'm too structured, I'm completely closed off. - But in a good way. Hərkəs o məşhur səhnəni sevərkən mən buna düşdüm♡ Universitet vaxtı bir müəllimimiz…devamı- What's the matter with me?
- Nothing.
- I'm difficult.
- You're challenging.
- I'm too structured, I'm completely closed off.
- But in a good way.
Hərkəs o məşhur səhnəni sevərkən mən buna düşdüm♡
Universitet vaxtı bir müəllimimiz israrla evlənmək üçün ən yaxşı seçimin öz qrup yoldaşımız olduğunu deyirdi. "Baxın hər şeyi görürsünüz, illərcə hər gün bir yerdə olursunuz, daha bundan yaxşı sizi kim tanıya bilər?" deyirdi. O necə ki, öz fikrində inadla dayanırdı, filmdə eynilə bu mesaj verilir: "ən yaxşısı ən yaxın dostunuzla evlənin. Onsuzda dost qala bilmək ehtimalınız yoxdur".
Filmin bu tərəfini heç sevmədim əslində. Yəni qadınla kişinin dost ola bilməyəcəyini sübut etməyə çabalıyırdı ki, sonunda bacardıqlarını da deyirlər. Mənim fikrimcə isə qadınla kişi dost ola bilər, amma ən yaxın dost ola bilməzlər. Ümumiyyətlə burda əsas məsələ əks cinslər deyil də, xarakterlər, sərhədlər və o an ki vəziyyətdir.
O ki qaldı filmdəki dostluqdan sevgiyə dönüş teması. Bu ən yaxşı amma eyni zamanda ən çətin versiyalardan biridir məncə. Arada çox incə bir cizgi var. Düşünək: əks cinsdən dostunuza artıq aşiq olmusunuz və qarşıda sizi o cizgi gözlüyür. Hislərdən əmin olmağa çalışaraq keçən dəli olma mərhələsi, ardınca adım atmaqdan ölümünə qorxu, sərhəddi birinci kim keçəcək, keçsə və qarşılıqsız olsa geri dönüşü olmuyacaq kimi kimi problemlər geridə qalanda. Sonda təməli ən sağlam münasibətlərdən biri qurulur. Yəni ki, əziz müəllimim fikrinizə birazca qatılıram. Amma biraz çox yox.
Arada fərqli cütlüklərin tanışma hekayələrini anlatmaqları çox şiriniydi. Bu həyatda dinləməyi ən çox sevdiyim şeylərdən biri insanların tanıșma hekayələridir. (yazan Mesut Süre ile İlişki Testi fanıdır :)
Hələlik...