Potensialını boşa xərcləmiş, amma həm maraq oyatması, həm də ara-sıra mizahi tərəfləri ilə izlənilə biləcək bir filmdir. Rejissorun ilk uzunmetrajlı filmidir və məncə, orta səviyyəli bir iş ərsəyə gətirib. Bir qadın rejissorun əlindən çıxdığı da hiss olunur ki, bu da…devamıPotensialını boşa xərcləmiş, amma həm maraq oyatması, həm də ara-sıra mizahi tərəfləri ilə izlənilə biləcək bir filmdir. Rejissorun ilk uzunmetrajlı filmidir və məncə, orta səviyyəli bir iş ərsəyə gətirib. Bir qadın rejissorun əlindən çıxdığı da hiss olunur ki, bu da mənim filmlərdə ən sevdiyim fərqliliklərdəndir.
Hər şeydən öncə, adı ilə insanı cəzb etsə də, filmin içində mövzu ilə əlaqə qurmaq mümkün olmur. Əslində, ideya özlüyündə maraqlıdır. Belə ki, yetimxanada böyümüş baş obrazımız Defne o biri dünyaya keçid edə bilməyən ruhları görür və hətta onlarla danışa bilir. Defne bu ruhların köməyi ilə öz anasını axtarır. Əlində sadəcə anasının dəfnə ağacının altında çəkilmiş bir şəkli olan obrazımız bu yolda Türkiyənin müxtəlif antik yerlərini gəzir və filmdə son dayanacaq olaraq Side-yə, Antalyaya gəlir.
Filmin, məncə, əsas problemi ucu açıq qalan, heç yerə bağlanmayan hekayələrdən olmasıdır. İlk baxışdan mifoloji və fantastik səhnələrə dair gözlənti yaratsa da, məncə, həm bu temanı, həm də obrazların hekayəsini çox səthi formada işləyib. Kinematoqrafik baxımdan bəzi səhnələr, xüsusilə dəniz və gecə-gündüz səhnələri göz oxşayırdı. Ancaq antik məkanlar kimi zəngin bir materialı sadəcə məkan olaraq istifadə ediblər. Halbuki bu məkanlar filmin özünün bir parçası kimi çıxış edə bilərdi.
Məsələn, Apollon və Dafnenin mifik hekayəsindən danışılır. Ancaq bu hekayənin nə filmə, nə də obrazların arasındakı münasibətə ciddi bir qatqısı olur.
Obrazlardan danışsam, bəzi yerlərdə baş rol ifaçısının çox tənqid olunduğunu gördüm. Ancaq üz cizgiləri mənə tanış bir insan profilini xatırladırdı və məncə, yetərli idi. Tənqid edilə biləcəyim cast seçimi isə Antik abla obrazının bir qədər cosplay təsiri bağışlamasıdır. Amma Nolan kimi bir rejissorun belə ilahə Afinanı dilənçi vəziyyətində təsvir etdiyini nəzərə alsaq, bunu da xoş görmək olardı, yəqin ki.
Digər obrazlar isə rejissorun düşüncə dünyasından qopan müxtəlif baxış bucaqlarının təmsilçiləri idi. Bir tərəfdə qadınlara yaşadılanların antik dövrlərdən gələn təcəssümü olan Antik abla, digər tərəfdə isə bunların şəkil dəyişdirərək günümüzdə də yaşandığının acı reallığını təmsil edən Nazifə obrazı var.
Başqa bir obraz klassik qadın rollarından — analıq, həyat yoldaşı olmaq kimi rollardan — sıyrılaraq daha azad ruhlu olduğunu düşünən bir qadındır. Digər yanda isə həyat yoldaşının manipulyasiyası altında illərlə basdırılmış, daha anaç deyə biləcəyimiz bir obraz var. Yaradılan bu qütblülük çox xoşuma gəldi.
Filmin əsas obrazlarından biri də hər nə qədər komediya tərəfini öz üzərinə götürmüş kimi görünsə də, əslində dramatik hekayəsi olan Hüseyn obrazıdır.
Dediyim kimi, bütün bu rolların arxa fonundakı hekayələr kifayət qədər dərin olsa da, filmin özündə çox səthi işlənilir. Məsələn, Hüseyn obrazı rejissorun siyasi baxış bucağının filmə yansımasıdır. Rejissorun bunu nisbətən ötəri şəkildə göstərməsini anlaya bilirəm və buna cəsarət etməsi belə təqdir edilə bilər. Ancaq buradakı qapalılıq izləyicidə mövzunu araşdırmaq üçün əlavə maraq oyanmasına şərait yaratmır.
Yenə də bu rejissor marağımı çəkdi. Bəlkə başqa filmlərində öz coğrafiyasının zəngin "kültürel" mirasından faydalanaraq daha fərqli tərzlərdə işlər yarada biləcəyini düşünürəm. Bəzi hekayələrin anlatılmağa ehtiyacı var.