Salam💫 Bataqlıqlar ölkəsindən bəyaz zanbaqlar ölkəsinə aparan keşməkeşli yol, bir xalqın tərəqqisi. Tam bir motivasiya mənbəyi və ilhamvericidir, eyni zamanda da utanc hissi yaradır insanda. Düşünməyə sövq edir: mən bir vətəndaş olaraq ölkəm adına nə etmişəm, nə edəcəyəm? Oxuduğum zaman…devamıSalam💫
Bataqlıqlar ölkəsindən bəyaz zanbaqlar ölkəsinə aparan keşməkeşli yol, bir xalqın tərəqqisi. Tam bir motivasiya mənbəyi və ilhamvericidir, eyni zamanda da utanc hissi yaradır insanda. Düşünməyə sövq edir: mən bir vətəndaş olaraq ölkəm adına nə etmişəm, nə edəcəyəm?
Oxuduğum zaman paralel olaraq “Vətəndaş A” serialına baxırdım və bundan gözəl təsadüf ola bilməzdi. Baxıb öz ölkəmlə müqayisə edərkən Finlandiyanın timsalında bir əsr öncə yaşanmış yüksəlişi hələ də tam anlamıyla vətənimdə görə bilməmək yada bu sətirləri gətirir:
📌𝙳ö𝚟𝚕ə𝚝 𝚋𝚊şçı𝚕𝚊𝚛ı 𝚢𝚊𝚡şı 𝚟ə 𝚢𝚊 𝚙𝚒𝚜 𝚘𝚕𝚜𝚞𝚗𝚕𝚊𝚛, 𝚚ə𝚑𝚛ə𝚖𝚊𝚗 𝚟ə 𝚢𝚊 𝚣𝚊𝚕ı𝚖 𝚘𝚕𝚜𝚞𝚗𝚕𝚊𝚛, 𝚘𝚗𝚕𝚊𝚛 ö𝚣 𝚖𝚒𝚕𝚕ə𝚝𝚕ə𝚛𝚒𝚗𝚒𝚗 𝚢𝚊𝚗𝚜ı𝚖𝚊𝚜ı𝚍ı𝚛. 𝙾𝚗𝚕𝚊𝚛 𝚡𝚊𝚕𝚚 𝚔ü𝚝𝚕ə𝚜𝚒𝚗𝚒𝚗 𝚒ç𝚒𝚗𝚍ə 𝚍𝚘ğ𝚞𝚕𝚞𝚋𝚕𝚊𝚛 𝚟ə 𝚖𝚒𝚕𝚕ə𝚝 𝚗𝚎𝚌ə𝚍𝚒𝚛𝚜ə, 𝚍ö𝚟𝚕ə𝚝 𝚊𝚍𝚊𝚖𝚕𝚊𝚛ı 𝚍𝚊 𝚎𝚕ə𝚍𝚒𝚛.
Yarı-real, yarı-utopik bir ölkədən söhbət gedirsə belə, verilən yüksəliş planı tam real “həyatın memarlarının” əsəridir. Hər mövzuya toxunulub: iqtisadi, mədəni, sosial, din, səhiyyə, təhsil və s. Ən çox diqqətimi çəkən orduya yanaşma oldu. Orduda sadəcə vətənə xidmət borcunu yerinə yetirən, hərbi biliyə malik bir əsgər yox, həm də faydalı bir vətəndaş yetişdirmək ideyası mükəmməl idi.
Uşaqdan böyüyə hər kəs üçün təhsilin rolu xüsusilə vurğulanır. Vətənin çıxarları ilə öz maaşları, imtiyazları arasında seçim etmək lazım gələndə vicdanı susan kütlədən bəhs olunmur. Əksinə, vacib olan həm insanların özlərinin öyrənmə istəkləri, həm də təhsilli, özünü yetişdirmiş ziyalıların — ölkənin işıqlanmış beyinlərinin — xalqı üçün, xüsusilə də unudulmuş ucqar kəndlərdən tutmuş yüksək təbəqəyə qədər hər bir insan üçün öyrədici, yol göstərici olmasıdır.
📌𝚉𝚒𝚢𝚊𝚕ı𝚕ığı𝚗ı𝚣 𝚜𝚒𝚣𝚒𝚗 𝚖ə𝚜𝚞𝚕𝚒𝚢𝚢ə𝚝𝚒𝚗𝚒𝚣 𝚟ə 𝚡𝚒𝚍𝚖ə𝚝𝚒𝚗𝚒𝚣𝚍𝚒𝚛. 𝚂𝚒𝚣 𝚡𝚊𝚕𝚚 üçü𝚗 𝚢𝚊𝚗𝚊𝚗 𝚖əşə𝚕𝚕ə𝚛𝚜𝚒𝚗𝚒𝚣. 𝙼əşə𝚕𝚕ə𝚛i 𝚢𝚊𝚗𝚍ı𝚛𝚍ı𝚚𝚍𝚊𝚗 𝚜𝚘𝚗𝚛𝚊 𝚚𝚊𝚙𝚊𝚚 𝚊𝚕𝚝ı𝚗𝚍𝚊 𝚚𝚘𝚛𝚞𝚖𝚞𝚛𝚕𝚊𝚛, 𝚋𝚊𝚌𝚊𝚛𝚍ı𝚚𝚌𝚊 𝚢ü𝚔𝚜ə𝚢ə 𝚚𝚘𝚢𝚞𝚋 𝚍𝚊𝚑𝚊 𝚐𝚎𝚗𝚒ş ç𝚎𝚟𝚛ə𝚢ə 𝚒şı𝚚 𝚜𝚊𝚕𝚖𝚊𝚜ı𝚗𝚊 ç𝚊𝚕ışı𝚛𝚕𝚊𝚛.
Hər bir xalqın özünəməxsus mədəni-mənəvi irsi, mentaliteti var. Ancaq ki, başqa millətlərdən nümunə götürəcəyiksə əgər:
📌İ𝚗𝚔𝚒ş𝚊𝚏 𝚎𝚝𝚖𝚒ş 𝚡𝚊𝚕𝚚𝚕𝚊𝚛ı𝚗 𝚑ə𝚢𝚊𝚝ı𝚗ı 𝚊𝚛𝚡𝚊 𝚋𝚊ğç𝚊𝚕𝚊𝚛ı𝚗𝚍𝚊𝚗, 𝚣𝚒𝚋𝚒𝚕 𝚚𝚊𝚋𝚕𝚊𝚛ı𝚗𝚍𝚊𝚗 ö𝚢𝚛ə𝚗𝚖ə𝚢ə 𝚋𝚊ş𝚕𝚊𝚢𝚊𝚗 𝚏ı𝚛ı𝚕𝚍𝚊𝚚çı𝚕𝚊𝚛𝚍𝚊𝚗, 𝚊𝚣 𝚒𝚗𝚔𝚒ş𝚊𝚏 𝚎𝚝𝚖𝚒ş 𝚡𝚊𝚕𝚚𝚕𝚊𝚛𝚍𝚊𝚗 𝚗ü𝚖𝚞𝚗ə 𝚐ö𝚝ü𝚛𝚖ə𝚢𝚒𝚗. 𝙾𝚗𝚕𝚊𝚛 𝙿𝚊𝚛𝚒𝚜𝚒 𝚝𝚊𝚗ı𝚖𝚊ğ𝚊 𝚔𝚊𝚏𝚎𝚕ə𝚛𝚒𝚗𝚍ə𝚗, 𝙰𝚕𝚖𝚊𝚗𝚒𝚢𝚊𝚗ı 𝚙𝚒𝚟ə𝚡𝚊𝚗𝚊𝚕𝚊𝚛ı𝚗𝚍𝚊𝚗 𝚋𝚊ş𝚕𝚊𝚢ı𝚛𝚕𝚊𝚛, İ𝚗𝚐𝚒𝚕𝚝ə𝚛ə𝚍ə𝚗 𝚏𝚞𝚝𝚋𝚘𝚕 𝚝𝚘𝚙𝚞 𝚚ə𝚋𝚞𝚕 𝚎𝚍𝚒𝚛𝚕ə𝚛.
O sırada Yaprak Dökümü Leyladan Louvre muzeyi soruşulanda: “Önünden geçtik, bir kuyruk, bir kuyruk e ne beklicez mağaza gezmek varken?” :)
Nə isə ki Snellman gənclərə belə səslənib:
📌𝚂𝚒𝚣 𝚍𝚊𝚑𝚊 𝚢ü𝚔𝚜ə𝚢ə 𝚋𝚊𝚡ı𝚗.𝙰𝚟𝚛𝚘𝚙𝚊𝚍𝚊 𝚜ə𝚗ə𝚝 𝚎𝚟𝚕ə𝚛𝚒𝚗𝚒, 𝚍üşü𝚗𝚌ə𝚗𝚒𝚗 𝚢𝚊𝚛𝚊𝚗ı𝚋 𝚒𝚗𝚔𝚒ş𝚊𝚏 𝚎𝚝𝚍𝚒𝚢𝚒 𝚖ə𝚔𝚊𝚗𝚕𝚊𝚛ı 𝚣𝚒𝚢𝚊𝚛ə𝚝 𝚎𝚍𝚒𝚗.
Və gələk kitabın ən vacib hissələrindən biri olan son fəslinə. Petrovun köhnə rahib olmasını da nəzərə alsaq, məncə əsasən öz düşüncələrini L. Macdonald vasitəsilə bu hissədə əks etdirib. Burada mənə görə bəzi xoşagəlməz məqamlar vardı. Hər bir peşədə olduğu kimi din adamlarının da öz işini düzgün yerinə yetirmələrinə çağırış etməsini anlıyıram. Ancaq əvvəlcə rahiblərə səslənərkən insanlarda Tanrıya inanc, dindarlıq oyadın deyib, daha sonra dindən yox, sadəcə inancdan bəhs edirəm deməsi bir az özüylə əks düşmüş kimi gəldi. Eyni hissiyyat kitabda aydınlıq və qaranlıq ruhun söhbətində də yaranır.
Nəzərə alsaq ki, kitabda belə bir cümlə var: “Mən romançı deyiləm və kitabım sizin asudə vaxtlarınızda oxuyub həzz almağınız üçün nəzərdə tutulmayıb.”
Həmvətənlərimin böyük əksəriyyətinin təəssüf ki " Bir dəli quyuya daş atdı, yüz ağıllı yığılıb çıxara bilmədi " atasözünün real nümunəsi olduğunu düşünərək, əlimizi daşın altına qoymalıyıq. Filmdə deyildiyi kimi
" Dünyanı aydınlatan günəş olmaya bilərəm, amma lampa olub küçəmi işıqlandıra bilərəm ".
Hələlik...