Salam🕊 Uzun müddət bu seriala baxmaqdan qaçınırdım, çünki hər halda ağlamaqdan içim çölümə çıxacaq deyə düşünürdüm. "Bu ilin son göz yaşları olsun" dedim və başladım. Tony-nin vlogu (elə hiss yaradırdı) məni bəzən güldürdü, bəzən də ağlatdı, hətta bəzən gülərkən ağlatdı,…devamıSalam🕊
Uzun müddət bu seriala baxmaqdan qaçınırdım, çünki hər halda ağlamaqdan içim çölümə çıxacaq deyə düşünürdüm. "Bu ilin son göz yaşları olsun" dedim və başladım. Tony-nin vlogu (elə hiss yaradırdı) məni bəzən güldürdü, bəzən də ağlatdı, hətta bəzən gülərkən ağlatdı, çoxca incitdi. Tony-nin gözü hər dolanda mən şəlalə...
İlk sezonda fikirləşdim ki, bilmirəm, bəlkə də yas bu cür tutulmalıdır. Öldü, torpağa tapşırdıq, külə çevirdik – artıq hər nə isə – halvasını yedik və ölənlə ölünməz, həyat davam edir, bla bla bla... Bəlkə də etməməlidir. Bəlkə də bir müddət Tony kimi, həyat səndən ən dəyərlini aldığı üçün üsyan etməyə, yaşayan hər şeydən nifrət etməyə haqqımız olmalıdır. Ruhumuz yaralı qalmalıdır – ən azından bir müddət.
Sağalmaq zamanı gələndə isə qaçmadan, kədərə təslim olmadan davam etmək lazımdır. Yaşanan illərin, gözəl anların xatirinə həyat axmalı, biz də axına qapılmalıyıq. Axı dünya bizim ətrafımızda dönmür...
Bir insan ancaq bu cür duyğulu göz yaşları ilə ana bilərdi sevdiyini. Hər an yaddaşında o qədər canlı idi ki, sanki hələ təzəcə yaşanıbmış kimi. Tony-nin dayanmadan Lisa haqqında danışmaq, onunla keçirdiyi zamanları birinə anlatmaq ehtiyacı o qədər anlamlı idi ki... Onun sevgisi ağlıma bu cümləni gətirirdi:
"The price of loving someone very much is never loving anyone again."
Tez-tez sorğulaması məni yerdən-yerə vurarkən bəzi şeylərin də fərqinə vardım. Yetərincə qucaqladım onu? Qulaq asdım dediklərinə? Yetərincə güldükmü birlikdə? Yetərincə sevgimi göstərdimmi görəsən?
Deyəsən, Tony-nin bu həyatda ən böyük şansı sadəcə yuxu qədər gözəl evlilik yaşaması deyil, eyni zamanda hər zaman onun yanında olan, dinləyən, anlamağa çalışan, səbrləri sınanda belə ondan əl çəkməyən insanlarla əhatələnməsi idi. Real həyatda görə bilməyəcəyimiz personajlar...
Bəziləri Tony-nin xarakter inkişafının yansıdıldığını deyir. Mənə görə isə bu dəyişiklik deyil, sadəcə əvvəlki özünə dönmək idi. Bir bölümdə Tony deyir:
"I'm not well, but I remember what it was like to be normal, so I do an impression of that. But this is what I really am, and I wanna be normal again."
Bu vəziyyət bir zaman sonra onu gerçəyə döndürdü. Fake it till you make it.
Və anladıq ki, ruhən sağalmaq hər zaman sadəcə xoşbəxt olmaqla əlaqəli deyil. Bəzən başqalarının yaxşılaşmasına, bir gülüşünə səbəb olmaq, Anne-nin dediyi kimi birilərinin "mələyi" olmaq da insanı sağaldır. Çünki insan özü xoşbəxt olmayanda, başqalarının bədbəxtliyini daha dərindən hiss edir.
Hələlik...