Filmə baxarkən özümü evdən kənarda, insanların arasındaymış kimi hiss edirdim. Normalda avtobusda, metroda olarkən çox nadir hallarda qulaqlıq taxıram, o qarmaqarışıq, uğultulu insan səslərini eşitmək xoşuma gəlir. O anlarda insanların nə düşündüklərini demək olar ki, heç vaxt fikirləşmədiyimin fərqinə vardım.…devamıFilmə baxarkən özümü evdən kənarda, insanların arasındaymış kimi hiss edirdim. Normalda avtobusda, metroda olarkən çox nadir hallarda qulaqlıq taxıram, o qarmaqarışıq, uğultulu insan səslərini eşitmək xoşuma gəlir. O anlarda insanların nə düşündüklərini demək olar ki, heç vaxt fikirləşmədiyimin fərqinə vardım. Mən daha çox o gün nə geyindiklərini incələyirəm, bir balaca yargılayıram:) bəzən öz-özümə xal verirəm.
Bugün filmdəki "mələklərdən" ilhamlanıb bir az diqqətlə baxdım ətrafıma, insanlara. Nələr görə bilərəm deyə...
Həmişəki kimi harasa tələsən, çox nadir hallarda gülümsəməmə qarşılıq gülümsəyən, kədərli, acıqlı görünən insanlar... Amma fikirləşirəm ki, bizim insanımız dəhşətli dərəcədə göz təması qurmağa maraqlıdır və bundan qətiyyən çəkinmirlər.
Hə, göz təması demişkən, çox şirinmi-şirin və bəlli ki, flört səviyyəsində bir cütlük diqqətimi çəkdi. Yol boyunca qız əsla göz təması qurmadan danışsa da, oğlan da tam əksinə, bir dəfə belə gözlərini xanımdan qaçırmadı. Tanış mənzərələr görmək hamımızın təməldə bəsit insanlar olduğumuzu xatırladır.
Bütün gün qucaq dolusu yasəmənlə gəzən gözəl Bakı qızlarına rast gəlib düşündüm: görəsən, kənardan necə sevincli göründüklərini bilirlərmi?
Bir neçə yerdə hündür ağac başında sıxışıb qalan şarları görüb bir az üzüldüm:)
Əşyalara canlıymış kimi davranma xüsusiyyəti rəfiqəmdən mənə keçir arada. Şəxsən özü 4 il əvvəl itirdiyi paltarının hələ də onsuz nə halda olduğunu fikirləşib dərdlənə bilir.
Dünya həssas qəlblər üçün cəhənnəm kimidir...
Deyəsən, gün boyunca ən sevdiyim insani münasibət nümunəsi tamaşada xarici həyat yoldaşına ingiliscə orada baş verənləri anlatmağa çalışan qadının təqdirəlayiq çabası oldu. Heyif ki, qız qaçırmağı, "bir nəfər molla, 3 manat pul, bir kəllə qənd" ifadəsini necə izah etdiyini heç vaxt bilməyəcəyəm:)
Həə, bax belə...
Bəlkə rutinlər xaricində çox vacib, qeyri-adi bir hekayəyə rast gəlmədim, ancaq anladım ki, insanların anlıq düşüncələrini nə bilmək istəyirəm, nə də bu haqda fikirləşmək.
Bu filmi isə sadəcə "çox sevdim" desəm, düz olmazdı yəqin. Çünki başqa bir yerdən, ruhumu oxşayan o qədər zərif bir filmdir ki... Dialoqlarıyla, monoloqlarıyla, hər səhnəsiylə.
İnsan olmanın gözəlliyinin əslində vacib hesab etmədiyimiz kiçik sıradanlıqlarda olduğunu, bəzən isə dözülməz çətinliyinin sadəcə yaşamımızla var olduğunu xatırladır.
Sevməyə aşiq olan, insan olmağa dərin həsrət duyan bir mələyin ölümlülüyə keçişində rənglənən dünyanı, son nəfəsdə sayıqlanan hər kəliməni, sadəcə məsumlara görünən mələkləri necə sevdim, İlahi...
🪽"Çocuk çocukken beslenmek için elma ve ekmek yeterdi. Aslında hâlen de öyle.
Şimdi bile hâlâ taze ceviz yiyince dili kabarıyor.
Ve hâlâ bir dağın tepesindeyken daha yüksek bir dağın özlemini çekiyor.
Büyük şehirdeyken, daha büyük bir şehri özlüyor ve bu hep böyle devam ediyor.
Bir ağacın tepesinde, bugün de olduğu gibi, ellerini büyük bir coşkuyla kirazlara uzatıyor.
Yabancılardan çekinirdi ve hâlâ da çekiniyor.
İlk karı beklerdi ve hâlâ da bekliyor.
Çocuk çocukken ağacı bir mızrak darbesiyle titretirdi. Hâlâ da öyle titretiyor."🪽