"Alright everybody, it's a beautiful night to save lives. Let's have some fun." Pittsburgh travma mərkəzində təcili yardımda sıradan başlayan, lakin unudulmaz olacaq 15 saat. Həyatlarına ustalıqla toxunulan onlarla insan, yaşama qaytarılan onlarla xəstə və işinin peşəkarı həyatqurtaranlar. HBO yenə…devamı"Alright everybody, it's a beautiful night to save lives. Let's have some fun."
Pittsburgh travma mərkəzində təcili yardımda sıradan başlayan, lakin unudulmaz olacaq 15 saat. Həyatlarına ustalıqla toxunulan onlarla insan, yaşama qaytarılan onlarla xəstə və işinin peşəkarı həyatqurtaranlar.
HBO yenə xəyal qırıqlığına uğratmır məni. Tempo, ssenari, tibbi gerçəkliyə maksimum yaxınlıq, üstün aktyorluqlar, tək sezonda toxunulan bir çox fərqli səhiyyə və sosial-ictimai problemlər... Tək kəlimə ilə möhtəşəm idi.
Və çoxdandır gözləyən bu uzuncaaa yazı 2-ci sezon şərəfinə paylaşılma haqqını qazandı.
İlk dəfə izlədiyim bir işdə sevimli obrazımı seçə bilmirəm. Çünki “hepsi benim bebeklerim🫠” ( Langdon şşt🤫)
Hər bir obrazın özünəməxsus xarakteri vardı. Bu, özünü pasiyentlərlə münasibətdə, ölümlə və acıyla başa çıxmaqda, eləcə də kriz idarəsində fərqlilikləri ilə göstərirdi. Bu fərqlilikləri çox-çox sevdim. Məsuliyyətlər eyni olsa da, hər kəs eyni ola bilməz nəticədə.
Ağlıma “Patch Adams” filmi gəldi bu bağlamda. Çünki bu film haqqında hər zaman “hər bir tibb tələbəsinin mütləq izləməli olduğu film” deyə danışılırdı. Buna qatılıram. Ancaq filmdəki Patch Adams obrazının “mütləq olması gərəkən həkim profili” kimi təqdim olunmasına heç vaxt isti baxmamışam.
Serial nə anlatır?
Serial, acildə işlərin necə getdiyini və “tərəzi tarazlığında olmağın” nə qədər vacib olduğunu göstərir. Pasiyentlə yetərincə maraqlanmalısan ki, düzgün anamnez toplaya biləsən, amma dayanmalı olduğun məqamı da bilməlisən. Çünki triyaj səni gözləmir. Sürətli ol, ancaq səhv etmə.
Verilən önəmli mesajlardan biri: səhiyyə işçilərinə fərqli perspektivdən yanaşma bacarığına sahib olmalıyıq.
Bəli, onlar da insandır, çox yorula, çox çarəsiz qala, sinir krizi həddinə çata bilirlər. Amma serialda gerçəkliyi də atlamadan verilən o səhnə:
– Tired?
– Yeah.
– Feet hurt? Brain feeling like mush?
– Absolutely.
– That patient doesn't give a shit. He needs you.
Göstərilən həm həkimlərlə pasiyentlər arasındakı, həm də həkimlərin öz aralarındakı etik və psixoloji əsaslara dayanan münasibətlərin çox öyrədici olduğunu düşünürəm.
Dr. Robbynin (Noah Wyle) diqqətcilliyini, yerində xəbərdarlıqlarını, mobbinqə qarşı duruşunu və o mentorluğunu gördükcə, iç keçirmədim desəm, yalan olar.
Əsla yavaşlamayan, getdikcə artan tempoda fərqli duyğuları – gələn hər vakada həyəcanı, hər ölümdə çarəsizliyi, ailə yaxınları ilə birgə kədəri, gərgin ortamlardakı yumşaq zarafatlaşmaları və vəə ilk günündə “başına gəlməz🤦🏻♀️” dediyi hər şey gələn tibb tələbələri ilə komediyanı – oradaymış kimi hiss etdirdi mənə.
Serialda ekstra bir dramatik musiqidən istifadə olunmayıb. Arxa fon səsləri – danışıq, zəng, cihaz səslərindən ibarətdir.
Neyromüxtəliflik, orqan bağışlanması, insan qaçaqçılığı, dövrümüzün aktual problemlərindən olan “incel” mövzusu, overdose narkotik qəbulu, influencerların insan sağlamlığına zərər vuracaq həddə gözəllik obsessiyaları və ən-ən önəmlisi – tibb işçilərinə qarşı zorakılığa diqqət çəkmələrini çox təqdir etdim.
Omg, o qədər çox fərqli mövzu vardı ki… Və mən hər birini qeyd edərək, bölümləri xatırlamaq məqsədi ilə yazıram.
Ancaq bütün bunlar arasında Amerikan səhiyyə sisteminin nöqsanlarına da yer verilmişdi. Bu adamlar daha bundan artıq neynəsinn..
Heç bir məsələdə xüsusi bir mesaj vurğusu hiss olunmur, çünki hadisələri təbii axarda, gündəlik vakalar şəklində görürük.
Ta ki son bölümlərə qədər. Son bölümlərdəki kütləvi yaralanma hadisələri tam bir xaos içində uyğunluq rəqsidir. Realda bu cür vəziyyətlərin necə idarə olunduğu barədə məlumatlı deyildim. Bölümün yazarı və tibbi məsləhətçisinin ilhamlandığı fərqli bir neçə MCI (Mass Casualty Incident) olduğunu və orada iştirak etmiş həkimlərlə danışıqlar apardığını öyrəndim. Xüsusilə də 2017-ci ildə Las-Veqasda festival zamanı baş verən kütləvi yaralanmada 200-dən çox zərərçəkənin gətirildiyi Sunrise xəstəxanasının təcili yardımında çalışan Dr. Kevin Menes-in məqaləsini oxuduqdan sonra hekayənin bu hadisə ilə demək olar ki, eyni əsasda yazıldığını anladım. Hətta Robby və də Dr. Abbot obrazları qismən bu həkimdən ilhamlanıb kimi görünür.
Sezonlarca davam etməsini diləyirəm ki, artıq 3-cü sezonu belə təsdiqlənib. Sadəcə Dr. Collins olmayacaq. Sad story :(
Bir-iki çox sevdiyim və unutmaq istəməyəcəyim replika oldu:
⚕️I had a teacher mentor who told me about a Hawaiian ritual called Ho'oponopono. Or the four things that matter most. It's basically just a few key things that we can say when we're saying goodbye to a loved one that can really help. At the early stages of loss:
I love you. Thank you. I forgive you. Please forgive me.
⚕️
He's my heart in human form🫠