Əslində bu kitabı 14-15 yaşlarında oxumuşdum. Kitab həmin vaxtlar mənə sıxıcı və çox depresif gəlmişdi. İndi 19 yaşım var və kitabı müəyyən qədər təcrübə ilə oxuyuram. 150 səhifə olmasına rəğmən dərinlikləri o qədər çoxdur ki, 5 günə oxuyub bitirdim. Hər…devamıƏslində bu kitabı 14-15 yaşlarında oxumuşdum. Kitab həmin vaxtlar mənə sıxıcı və çox depresif gəlmişdi. İndi 19 yaşım var və kitabı müəyyən qədər təcrübə ilə oxuyuram. 150 səhifə olmasına rəğmən dərinlikləri o qədər çoxdur ki, 5 günə oxuyub bitirdim. Hər səhifəni oxuduqca həzm eləmək çətinləşirdi. Kitab həqiqətəndə depresif və reallıqları üzümüzə üzümüzə vuran tərzdədir. Kitabın ilk başlarını oxuyanda qaranlıq qalan hissələr olduğu üçün araşdırma elədim. Kitab Rusiyada köləliğin ləğv olunduğu (1961) 3 il sonra çapa verilir. Və elə bu dövrlərdə Rusiyada yeni ideologiyalar, fikirlər və kitablar məşhurlaşmağa başlayıb. Ancaq kitabımızdakı baş obrazın fikirləri bütün bu “rus” fikirlərindən çox uzaq hətta onları tənqid edən tərzdədir. Ona görədə düşübülür ki, bu kitab həmin dövr gündemde olan Çernişevskinin “Nə etməli?” kitabına cavab olaraq yazılıb. Dostoyevskinin nəyi tənqid etdiyini anlamaq üçün də. bu kitabda nədən danışıldığlnı qısa danışım. “Nə etməli?”də bizə sosyalist bir ütopiyadan və yeni sistemdən danışılır. İzah olunan sistem bir növ rasionalist utopiyadır: cəmiyyət elə təşkil edilir ki, insanın xoşbəxt olması üçün nə lazımdırsa əvvəlcədən hesablanır. Məsələn, “2 × 2 = 4” kimi dəyişməz həqiqətlər əsasında cəmiyyət qurulacaq. Və elə bu rasyonalist fikirdə Dostoyevski tərəfindən tənqid olunur. Gəlin keçək öz kitabımıza.
Kitabda baş obrazımız yeraltı adamıdır. Dostoyevskinin digər əsərlərindəki obrazlardan çox fərqlidir. Digər əsərlərindəki istər Raskolnikov, istər Knyaz Mışkin, istərsə də İvanoviç olsun heç biri oxuyucuda Yeraltı adamı kimi hislər buraxmır. Bu obrazları müəyyən qədər anlaya hətta bağ qura bilirik. Ancaq yeraltı adamı elə deyil. Oxuduqca düşünürdüm ki, həyatımda belə adam olsa üzünə baxmaram ki, kitabdakı ətrafıda
onun üzünə baxmır. Hətta evində tutdugu xidmətçk Apollo belə…
Adam uşaqlıqda ailəsiz və sevgisiz ətrafla böyümüşdür. Bu insan cəmiyyətdə heç kəs tərəfindən qəbul görmür çünki çox pessimist və insanları qıcıqlandıran bərbad bir xasiyyətə sahibdir. İşlədiyi yerdə gələnləri daima acılayar və kobud rəftar edərmiş. Onların məyuslugundan və əsəbidən isə zpvq alarmış. Bəs bunu niyə edir? Yeraltından qeydlər elə məhz bu adamın özünün içini tökdüyü bir npv “günlük”dür. Kitab boyunca özüylə çox çelişen bir obrazdır. Vərdişimiz əksinə kitabımızın baş rolu bir anti-qəhramandır. Yeraltı adamı ətrafa daima nifrət duyan, insanların ona qarşı davrabışlarını öz istədiyi kimi yozan biridir. Hətta o dərəcə xəyallar aləmimdədir ki, biri xoş söz üçün gəlsə belə başlayar o insanın qəlbini qırmağa. Özünü heçnəyə layiq bilməyən bu obrazımız həm də özünü digərlərindən üst görür. Özünə axmaq, alçaq, qorxaq və pis adlandıran bu insanımız yeri gələndə özünü hamıdan üst görür. Elə kitabın ilk cümlələrindən anlamaq olur “ Ben hasta bir adamım” “Kötü bir adamım” “Suratsız bir adamım”.
Yadınızda deyirdim Dostoyevski ideologiyanı bu kitabda qınayır. Çernişevskinin kitabında hər şey insanın öz mənfəətinə görə olacaq və ağıl hər şeydən üstdə olacagı və bu “ütopiya”dakı insanlar “sonsuz xoşbəxtliyə” sahib olacagını deyirdi. Yeraltı adamınən nitqindən bu sistem belə qınanır ki, insan kimi kompleks və çoxlu arzuları olan canlıda bu sistem işləməz. Mənfəət nədir? Başqası üçün özünü fəda etmək ya da başqasının mənfəəti ugruna öz mənfəətindən vaz keçmək. Bəs insanlar həqiqətən də bunu edir? Həqiqətən heç bir mənfəəti olmadan fədakarlıq edir? Bu sulların cavabı hansı aspektdən baxmağından asılı olaraq dəyişir. Mənə görə isə insanın etdiyi hər hərəkətdə bir mənfəət ya da “çıkar” var. Birinə yaxşılıq edib xoşbəxt olmağın belə “çıkar”dır. Çünki vicdanın rahatlayır, sevinirsən. Deyə bilərsizki ananın uşağına olan fədakarlıgı bəs? Onda belə var. Ana uşaəını böyüdür. Çünki ondan bir parçadır. Ətraf o uşağa baxıb deyəcək ki “necə də yaxşı uşaq yetişdirib”. Bir növ özündən geriyə qoyduğu mirasdır. Ya da yaşalananda da rahat şəkildə “ indi də sən mənə bax” deyə bilməsi üçündür. Mənfəət çox zaman pis anlaşıla bilir mənə görə isə bu insan olmagın bir parçasıdır. Bir mpv “Egoizm” fəlsəfəsi kimi düşünülə bilər. Çernişevski əvvəldə izah etdiyim kimi kitabında insan mənfəətindən danışır. Ancaq bunj çpx radikal yolla edir. Kitabında danışdığı rasyonal eqoizmi insanın olmazsa olmazı hesab edir. Bir növ deyir ki əgər öz mənfəətimizo güdmürüksək bu ağıla ziddir. Və ilk başda qeyd etdiyim hər şeyin hesablandıgı bir cəmiyyər yaradır. Bəs necə qınamır bu kitabda? Yeraltı adamı insanın əslində necə də axmaq oldugunu vurğalıyır. Bir növ deyirki bu qədər ağılla gedilməli olan fəlsəfədə daima axmaqlıq etməyə vərdiş insanoğlunda işe yaramayacagıdır. Və bu yeraltı adamı deyirki insan heçdə hər zaman öz “mənfəətimizə” uyğun davranmadığımızı deyir. Məsələn: bəlkə də agrı çəkmək ya da aglamaq istəyirik bunlar insanın mənfəətlərinə zidd olsada edərik? Niyə? Çünki ürəyimiz elə istəyir. Yeraltı adamı elə məhz buna toxunur. İnsanın arzularla və istəklərlə hərkət etməsinə. Hətta deyir: “Kim olursa olsun, inzan daima, her yerdd akılla çıkarın buyurdugu gibi degil, kendi canının istedigi gibi davranmayı sever”
Ardınca qımadıgı bir digər insan axmaqlıgı isə budur: insanın hədəfə çatacaqkən dayanmasıdır. Əslində bir baxıma məntiqlidi çünki hədəf əgər həyatın mərkəzidirsə və uzun müddət tək missiyamız bu yolda getməkdirsə o hədəfə çatmaq və missiyamızın bitməsi qpruxludur. Çünki, hədəfi yox getdiyimiz yolu sevirik. Nəsə uğruna çabalamağı sevirik. Çünki bu bizkm həyatımıza məna qatır. O, adrenalini və motivasyanı sevirik. Həyatdakı, mənfiliklərə agrılra rahat şəkildə sinə gərə bilirik.
Ütopiyanın bir digər qınadığı tərəfi isə azadlıqdır. Bu ütopiyada hər şey planlandığı üçün insan azad ola bilmor “öz istədiyi kimi davrana bilmir”. Yeraltı adamına görə insan mütləq deyə qoyulam tabuıarı etməyə bilər. Hətta o dərəcə bu fikirə bağlıdıki dişi ağrayanda belə həkimə getmir. Sübut etməyə çalışır ki, kefim o diş ağrısını istəyir. Mən digərləri kimi dayatılan “dişin ağrayırsa, diş həkiminə get” fikrini qəbullanmıram. Və bu ütopiyanın mənfəət deyə adlamdırgı xoşbəxtlik bəlkə də başqası üçün məmfəət deyil? Bəlkə mən agrı yaşamaq istəyirəm? deyə düşünür. Həm də düşünür ki, insan mənfəəti ugruna belə olsa azadlıgınl buna fəda etmək istəməz. “ürəyi istədiyi kimi davranmaq” hissəsi əlindən alınmamalıdır. Əslində bunu belədə yorumlaya bilərik; Açıq şəkildə qaydalar və qanunlar var imiş kimi insana göstərilməsə insan özü sistemdən məmnun olar. Əgər azadsan fikri aşılana bilsə insan o sistemə onsuz tabe olar. Niyə? Çünki, beyin düşünür ko məcbur edilmirəm nə zaçan istəsəm bitər. Tanış gəldi? Kapitalizmin qurdugu sistem tam olaraq belədir. Köləliyi modern köləliyə keçirdilər buna demokratiya dedilər. İnsanlara hər biriniz hüququ var, istəsəz işləməyə bilərsiz amma işləsəz sənin xeyrinədi dedilər. O istəsəz sözü isə insanə azad hiss elətdirdi. Ancaq azad deyilsən. Yenədə sistemi verdiyi o maaşı möhtacsan. Bəli, sən işləməsən və evimə nəsə almasan bu sistemin günahıdır. Ancaq, onlar deyəcək ki “Biz səni azad buraxmışdıq, istəsən işlə”. Çünki nəyisə dayatmış kimi görünmürlər və buna görə də günahkar deyillər.
Kitabda bir digər obrazımız Lizadır. Liza gənc, evindən qaçmır və fahişəliyi seçmişdir. Lizaya açıq şəkildə yaşadıgı həyatın nə qədər pis olduguni, gələcəkdə onu nələrim gözlədiyini acı dillə deyir yeraltı adamı. Və oradan ayrılarkən Lizaya ev ünvanını verir. Lizadan xoşu gəldiyi anlayanda isə özünə əsəbiləşməyə başlayır çünki onun Lizaya dediyi fikirlər fahişələrim cəmiyyət tərəfindən qəbul görməməsi üzərinə idi. Burda belə bu adamın özü ilə yaşadıgı çelişkini görürük. Liza onu zoyarətə gələndə belə onu kobudlayır. Və sonrasında bundan peşmanlıq duyur. Bəlkə də Liza onu həqiqətən sevdiyi üçün gılmişdi. Ancaq o bunu belə səhv anlamışdı.
Danışlacaq başqa hadisələrdə var amma mənim son olaraq demək istədiyim budur ki, içimozdə bir yerdə bizdə də yeraltı adamdan toxumlar var. İnsanları səhv yozmağa meyilli, bəzən onlardan nifrət edən, bəzən özümüzü layiq bilmədiyimiz üçün edilən yaxşılığı qəbul etməyən biriləri. Bəzən çox itici və kobud biriləri. Ağlında senarilər quran etdiklərindən utanan və özünü təhqir edən biriləri. Hamımızın içində və həyatında bunlar var. Yeraltı adamını oxuyanda özümdə yaşadıgım çelişkiləri, bəzən yersiz yerə öz aglımda suçladıgım insanları xatırladım. Bu anti-qəhramanla ortaqlaşa xasiyyətin oldugu düşünmək və etiraf etmək çətin gəlir. Sözsüz ki bu dərəcə deyil. Ancaq zaman-zaman aglımızdan keçənlər və hisslərimizin yanılgısıyla hərəkət etmək tamda insanən edəcəyi bir axmaqlıqdır. Bundan utanmaqda olmaz. Çünki, insanıq.
Alıntılar:
Fazla bilinçli olmak bir hastalıktır.
İnsana en çok acı veren şey, söylemek istedikleri ve söyleyemedikleri arasındakı uçurumdur.
Hangisi daha iyidir? kokay elde edilmiş saaddet mi, yoksa insanı yücelten acılar mı?
Okumaktan başka yapacak işim, gidecek tek yerim yoktu, çünki çevremde saygıya layık, beni kendine çekebilecek bir meşguliyyet bulamıyordum
İnsan önce kendi yaşamayı öğrenmeli, ondan sonra başkalarını kınamaya kalkışmalıdır!
İnsanoğlu aptal değilse bile dehşetli ölçüde nankördür! Eşi bulunamoz bir nankör, bir değerbilmez!
İnsanın en büyük sorunu ne istediğini bilmemesidir.
Sevginin bulunmadığı yerde akıl da arama
və kitabın son səhifələrindəki yeraltı adamının çelişkisini izahı olan o cümlə- “bize daha fazla serbestlik vermeyi ellerimizi çözmeyi hareket alanımız genişletmeyi, üstümüzdeki vesayeti kaldırmayı deneyin sizi temin ederim o anda tekrar vesayet altına girmeye can atarız…
axı o azadlığı və kefinə görə davranmagı üstün bilirdi. insanoğlunun təməlində olan o asılılıq və baglılıq duyğusunu unudubmuş.