Tim Burtonun rejissoru olduğu fantastika janrının bir nümunəsi olan Edward Scissorhand filmi və Edward xarakteri. Bəlkə də çox sadə səslənsədə film bu sadəlik ilə çox fərqli nöqtələrə toxunur. İlk olaraq insanlığın yaratdığı və sonunu gətirə bilmədiyi bir varlıq. Tanrı kompleksi…devamıTim Burtonun rejissoru olduğu fantastika janrının bir nümunəsi olan Edward Scissorhand filmi və Edward xarakteri. Bəlkə də çox sadə səslənsədə film bu sadəlik ilə çox fərqli nöqtələrə toxunur. İlk olaraq insanlığın yaratdığı və sonunu gətirə bilmədiyi bir varlıq. Tanrı kompleksi sanki. Başda insanlar üçün əlverişli olması planlaşdırılarkən, daha çox “ucube” kimi görünən bir canlı. Kinonu izlədikcə Frankstein əsərindən bəzi epizodlarla qarşılaşdırırdım istəmədən. Eyni situasiyalar yaşamasa belə baş rollarımız cəmiyyət qınağı və fərqliliyin çərçivələnə bilməməsi necədə gözəl yansıdılıb iki başyapıtdada. İki xarakterdə cəmiyyətin tələbi ilə istənməyən bir “varlığa” çevrilir. Edward başda isti qarşılanır, insanlar onun fərqliliyini xoş görür çünki onların həyatı çox monotondur, 09:00-18:00 iş rejimi, klassik evdar xanım həyatı, çox standart və günümüzdə bəlkə də bəzilərinin arzusu olan sakit bir həyat. Amma Edward onlara yenilik gətirir, yeni bir atraksiyon, monotonluqdan bezənlər üçün fərqlilik, əyləncə mənbəyi olacaq “təlxək” sanki. İnsanlar onu sevir, onun yaradıcılığından və xoş rəftarından istifadə edir, onu cəmiyyət üçün “yararlı” bir varlıq kimi sayırlar. Lakin işlər Edwardında bir insan duyğularına sahib olduğu və istəmədiyi vəziyyətlərdən qaçmağı ilə dəyişir. İnsanlar Edwardın artıq istifadə oluna bilən tərəfinin əksini görürlər və artıq bu tip bir Edward onlara, onların istəklərinə uyğunlaşmır. Və başda maraq oyadan “fərqliliq” sonradan çərçivələnməyə, hər kəs kimi monoton olmağa məcbur edilir. Yaradıcı bir xəyalpərəst ruh, qəfəsə qapadılıb adiləşməyə məcbur edilir. Və bu alınmayanda cəmiyyət üçün yararsız hala gələn “fərqliliq” cəmiyyətdən təcrid olunmağa, uzaqlaşdırılıb “bədheybət” kimi görülməyə başlayır. Nə qədər fantastik və ütopik görünsədə əslində cəmiyyətimizin aktual problemlərindən biridir. İnsanlara lazım olduğun qədər varsan, insanların istəyi qədər “insansan”. Hər insanın baş rol olduğu həyatında, şəxsi həyatın olsa belə onlar üçün figuransan sanki. Bu hissə Franz Kafkanın “Dönüşüm” əsərinidə xatırladır. Başda adi bir “xeyirli” övlad olan Gregorun sonradan böcəyə çevrilib “ucubeləşməsi” kimi. Səni başda çövhər kimi görənlər, adi bir daş parçasına baxarmış kimi davranmağa başlayır. Sən situasiyanın necə irəlilədiyini bilmədən cəmiyyət üçün “təhlükəli”, “yad”, “təlxək” hesab olunursan. Öz istəyin xaricində fərqli bir “bədheybətə” çevrilirsən və insanların sənin haqqında fikirlərini təsdiqləyən situasiyalarda tapırsan özünü. Artıq ya yox olmaq ya da cəmiyyətdən təcrid olunub həqiqi bədheybətə çevrilməyə məcbur olursan.Filmdə Edward nə qədər reallıqdan kənar və ütopik bir xarakter kimi görünsədə, necədə günümüzün acı reallığını fantastika ilə bizə çatdırır Tim Burton. Düşündürücü və “əvvəlcədən baxardım kaşki” dediyim bir film oldu.