Bir ölüm havası dəydi üzümə, Nə gözəl, nə sərin havaymış, Allah. Sən demə, ürəyim ölümdən ötrü Darıxan bir bomboş yuvaymış, Allah. Sən demə, çaşmışam, yolu azmışam, Dünyaya gəlməyim yalanmış mənim. Sən demə, dünyada anasızmışam, Sən demə, bu ölüm anammış mənim.