neçə müddət sonra içimdə qəribə hissiyyat və fikirlərimi sözlərimə tökmə istəyi, ehtiyacı yaradan , yalnızlıq, xatirələr ilə yanaşı “nostalji”, “mənliyini” seçmə və bu yolda olan azadlıq anlayışlarını bir-birlərinə sıx bağlı lakin göz önünə çox çəkərək deyil, yavaş-yavaş, içinizi o hissiyyatla…devamıneçə müddət sonra içimdə qəribə hissiyyat və fikirlərimi sözlərimə tökmə istəyi, ehtiyacı yaradan , yalnızlıq, xatirələr ilə yanaşı “nostalji”, “mənliyini” seçmə və bu yolda olan azadlıq anlayışlarını bir-birlərinə sıx bağlı lakin göz önünə çox çəkərək deyil, yavaş-yavaş, içinizi o hissiyyatla dolduraraq izah edən, bir mənada qışqıraraq deyil, pıçıldayaraq sizi düşüncələrə qərq edən film oldu mənim üçün.
baş rolumuzun bacısı ilə qısa söhbətlərindən anlayırıq ki, lap ən başından, uşaq yaşlarından yalnızlıq və azadlıq anlayışlarını bir-birinə bağlayaraq uzaqlaşmağı amma azadlaşmağı seçmiş bir xarakterdir, cəmiyyətin insanlara dayatdığı algılara uymayan və “qəribə” ləqəbi taxılan, lakin hər kəsdən daha çox “içdən” yaşayan, insanları anlayan və onu qəribə adlandıran hər insandan daha azad və yalnız olan bir insan. həyat yoldaşı ilə qısa tanışlığı olmasına baxmayaraq evlilik qərarı verən, hər kəsdən uzaqda sakit və hətta çox səssiz deyə biləcəyimiz bir yerdə yaşamağı seçən, uşaq sahibi olmayan həyatını işləyərək keçirmiş 60larında olan bir qadındır.
həyat yoldaşını itirdikdən sonra “ev” anlayışını sorğulayan, sahib olduğu maşını “karavana” çevirib, təbiətlə çevrələnən, modern köçəri həyatı yaşayaraq, insanlarla ünsiyyətdə olan, özünü hər hansısa damın altına deyildə yollara aid hiss edən bir xarakter. filmdə o qədər xoş alıntılar var idiki, amma filmin ilk 10 dəqiqəsində 2 cümləlik alıntı bütün filmi özetləyər məncə:
“ “ev” sadəcə bir sözdür, yoxsa ürəyində daşıdığın, səninlə bərabər olan bir şey?”
hər insanın ev anlayışı fərqlidir, bəziləri üçün aid olduğu 4 divar və damla çevrili kiçik bir tikili, bəziləri üçün sevərək dinlədiyi əvəzsiz bəstələri, bəziləri üçünsə ona yalnızlıq hədiyyə etsədə aid olduğunu hiss etdiyi təbiəti və yolları. və bu ev axtarışı hər zaman insani axtarışların mərkəzində dayanır, evim haradır? hara aidəm? hara aid olmuşam və hal hazırda özümü orda hiss etmirəm? nələri itirmişəm bu axtarış boyunca? nələri qazanacam? nələrdən vaz keçəcəm? və daha cavabını bilmədiyimiz bir çox sual. yeni ili tək başına, səssiz sədasız keçirdiyimiz lakin özümüzü evimizdə hiss etdiyimizdə olur, yolları evimiz hesab edib, lakin həyat bizə yenidən ailə anlayışını xatırladanda və şans verəndə, yalnızlığın sadəcə öz seçimimiz olduğunu dərk etdiyimizdə. bəs ağrı necə? axtarışın təməlində dayanan, kimiləri üçün qaçış səbəbi olan, kiminsə qucaqlayıb həyat motivasiyası etdiyi həmin o hissiyyat. film boyu baş rolumuz o ağrı hissiyyatını özünə yoldaş edir, onunla bir olub dərindən yaşamağı seçir, üz çevirərək yalnızlığın və sevdiklərindən uzaqlaşmağın ağırlığının ona əzab verməsini deyil, onu yaşayaraq azad olmağı, “evindən” köçəri olmağı, həyatdan köçəri olmağı seçir. lakin ağrını qucaqlamağı ilə nostaljidə onu rahat buraxmır, ağrı və azadlıq anlayışları ilə həyatının son anlarını doldurduğu 60 illik təcrübəsini göz önünə gətirir. “ burda da ölsəm olar” dediyi, həyatı dərindən hiss etdiyi nə qədər olub? nə qədər həqiqətən özünü “evində” hiss etdiyi yerlərdən, insanlardan, xatirələrdən zövq alıb ? nə qədər “yaşamağı” seçib, iş-güc, məsuliyyətlər arasında? nə qədər “insan” olub, ağrını hiss edib özünü insanlığa daxil edərək? nə qədər çarəsiz olub ətrafı çarələrlə dolu olub heç birini seçmək istəməyərkən? nə qədər “yad” olub ətrafında çox insan olarkən? nə qədər “evsiz” olub onu isidəcək damı, evi var ikən?
bu suallar və cavabı tapılmamış 60 illik həyat. azadlığın qiymətinin necə önəmli olduğunu, tərəziyə qoyaraq digər hissiyyatlarla ölçən 60 illik həyat.
özünü, “mənliyini” seçərək, yollara düşməyin nə demək olduğunu öyrənən və öyrədən 60 illik həyat.
həm vizual həm dialoqlar, həm də filmin dramı və yalnızlıq-azadlıq dilemmasını hiss etdirməyi baxımdan çox dərindən təsir edən bir film oldu xülasə olaraq,
see you down the road. ☘️