“- sana tanrı hakkında bir iki sır vereyim. Tanrı seyretmeyi sever, o bir oyunbazdır. Bir düşünsene, insana içgüdüler verir, sana bu olağanüstü hediyeyi verir, sonra ne yapar dersin? yemin ederim, sırf kendi eğlencesi için, kendi özel, kozmik komedi filmi için…devamı“- sana tanrı hakkında bir iki sır vereyim. Tanrı seyretmeyi sever, o bir oyunbazdır. Bir düşünsene, insana içgüdüler verir, sana bu olağanüstü hediyeyi verir, sonra ne yapar dersin? yemin ederim, sırf kendi eğlencesi için, kendi özel, kozmik komedi filmi için tam zıttı kurallar koyar. Gelmiş geçmiş en büyük gaf ; bak ama dokunma, dokun ama tatma, tat ama yutma. Ve sen sekip dururken o ne yapar? hasta kahrolası kıçıyla güler! Hasisin tekidir! sadisttir! görevi başında bulunmayan bir derebeyidir!
buna tapmak mı? asla!
- cennette hizmet etmektense cehennemde hükmetmeyi tercih ederim.
- neden olmasın?”
“kibir, kesinlikle en gözde günahımdır”
Sylvia Plath - The Bell Jar neçə vaxtdan sonra həqiqətən çox maraqla oxuduğum və baş rolun hisslərini tam anlayaraq, onunla empatiya edə bildiyim xoş bir əsər oldu. əsər Esther adında, 19 yaşında bir qızın həyatında baş verən dəyişikliklərdən bəhs edir.…devamıSylvia Plath - The Bell Jar
neçə vaxtdan sonra həqiqətən çox maraqla oxuduğum və baş rolun hisslərini tam anlayaraq, onunla empatiya edə bildiyim xoş bir əsər oldu.
əsər Esther adında, 19 yaşında bir qızın həyatında baş verən dəyişikliklərdən bəhs edir. Lakin əsəri mükəmməl edən əsas məqam, Estherin daxili monoloqları vasitəsilə günümüzdə hələ də davam edən qadınlara yönələn düşüncə basqıları, azadlıq anlayışı və gələcəklə bağlı seçim qarışıqlığının üzə çıxmasıdır. əsəri oxuduqca, başlarda 19 yaşında, daha həyatının başlarında, baharında olan, parlaq və çalışqan bir qızın əsərin sonuna qədər necə çökdüyünün və daxili hisslərinin şahidi oluruq. əsərin adında olduğu kimi, yavaş-yavaş ‘Sırça Fanus’a qapadılan və nəfəs almağı getdikcə unudan Estherin bu fanusunun içindən danışaq bir az.
18 yaşında bir qız olaraq, əsəri tam vaxtında oxuduğumu düşündürən bəzi səhnələr oldu, həm həyatımla oxşar, həm kaş mənimdə həyatım bu qədər parlaq olsa idi dedirtən, həm də, Estherin acısını başa düşüb, empatiya edə bildiyim anlar.
İlk olaraq əsərin başlarında olan kəsitlərdən ən sevdiyim “Əncir Ağacı” hekayəsi oldu. 18-22 yaş aralığı həyatımızın ən gözəl, lakin ən düşüncə dolu zamanlarıdır əslində, gələcəklə bağlı planların qurulduğu, artıq cəmiyyətin sənə “bir yol seç” , “nə vaxt tərpənirsən” kimi bir çox suallar ünvanladığı yaş aralığıdır. Estherin əncir ağacı kimi, əgər xəyalpərəst və ya azda olsa nikbin bir insansınızsa, həyatınızla bağlı tək bir seçim etməkdə çətinlik çəkirsiniz. “bəlkə həkim olum?” “ya bəlkə jurnalist?” “bəlkə ispan dili öyrənib ispaniyaya gedim?” ya bəlkə doğru insanı axtarım və ailə həyatı qurum?” bu tip suallar və fərqli həyat yolları, əncir ağacının üstündəki əncirlər kimi sizə bəxş olunur, siz o əncirlərin ilk hansını yeyəcəyini düşündükcə vaxt keçir. əncirlər bir-bir çürüyüb yerə düşür və siz artıq həyatınızda istədiyiniz heç bir sahəyə yönələ bilmirsiniz. beləcə, həyatın sizi yönəltdiyi sahələri seçməyə məcbur qalırsınız ; bəzən xoşbəxt, bəzən isə xoşbəxtliyin nə olduğunu belə unutduğunuz bir halda. əsəri oxuduqca içimdən belə düşüncələr keçdi ; bəlkə də həyat, əslində tək-tək o əncirlərin dadını yalnızca düşünmək deyil, hər bir ənciri bir az-bir az dadıb, hansının “dadının” xoş gəldiyinə qərar verməkdir, həyata gecikməmək və hələ də xoşbəxt qala bilmək üçün.
ikinci çox xoşuma gələn alıntı bu oldu əsərdə:
“Hem zaten, bir Noel kartındakı melekler gibi kendini çevreleyen güzel bir eşe, güzel çocuklara ve güzel bir köpeğe sahibse, bu Doktor Gordon bana nasıl yardım ede bilir ki?”
Estherin artıq “Sırça Fanus”unun üstünə gəldiyi və nəfəs almamağa yavaş-yavaş başladığı zamanlarda əsas içindən keçən duyğular və daxili monoloqundan bir səhnə idi. bizdə həyatımız boyunca bizimlə eyni situasiyaları yaşamamış, bəlkə oxşar bəlkə yanından belə keçməmiş insanlardan nə qədər məsləhətlər eşitmişik? “mən sənin yerində olsam…”la başlayan nə qədər cümlələr, hekayələr. amma reallıq budur ki, heç kim heç kimin “yerinə” bir həyatı, seçimlərinin nəticəsini yaşaya bilmir və hər kəsin hadisələri qavrama və həll etmə prosesi fərqli olur: bəzilərində sürətli, bəzilərində yavaş, bəzilərində depressiv və bəzilərində daha şən. bəs bizi anlaya bilməyən insanlardan aldığımız məsləhətlər, həyatı daha yavaş yaşamağı sevdiyimiz halda, daha sürətli olmağa məcbur edilməyimiz, pinqvinin qanadları uçmağa yaramadığı halda, “sən uçmalısan” deməkdən nə ilə fərqlənir ki? o pinqvin heç vaxt uça bilməz, amma bir gün uça bilərəm xəyalı ilə, bütün həyatını buna hədəfləyər, “uçmadan” yaşaya biləcəyi xoş günləri yaşamaqdan kənarda qalaraq.
əsər boyunca Estherin bakirəlik mövzusuna olan həssas yanaşması, qarşılaşdığı “gizli” qadın düşməni kişilər, cəmiyyət tərəfindən ona dayatılan “evlilik və uşaq sahibi olmaq” tələbləri, seçmək istəyib seçə bilmədiyi nə qədər “həyatlar”, onun daxili monoloqlarında o qədər gözəl əks olunur ki. günümüzdə qadınların öz bədənləri və şəxsi seçimləri üzərində söz sahibi ola bilməməsi, eləcə də “ana olmalısan” kimi mütləq dayatmalar hələ də gündəmdədir və qadınları narahat edən əsas mövzulardandır. qadın düşməni kişilər tərəfindən verilən məsləhətlər, sənin azadlığının əlindən alınaraq bunun “adi və lazım olan budur” kimi nümayiş etdirilməsi illər keçməyinə baxmayaraq hələ də dəyişməz olaraq qalıb təəssüf ki.
həyatının daha 19’larında olan parlaq bir şagirdin, ağıl xəstəxanasına düşməyi kimi əsərdə, bizə bəzi əsas məqamları göstərir, sizin sonsuz və bucaqsız bir həyat yaşadığını düşündüyünüz insanlar zamanla bir “bankanın” içində nəfəssiz qala bilər. depressiya və melanxoliklik hər zaman səsli şəkildə olmur və əsil “dəlilər” Esther kimilər deyil, onu dəli edən psixi düşüncəli “sağlam” insanlar, cəmiyyətdir.
əsəri dahada özəl edən mənimçün, əslində yazıçının avtobioqrafiyasını Estherin dili ilə oxumağımızdır. Sylvia öz gənclik illərini, seçimlərini, Estherin daxili monoloqları və başına gələn situasiyalar ilə oxucuya çatdırır. Lakin sonda Esther, intahar düşüncələrindən uzaqlaşıb, sıxışıb qaldığı “Sırça Fanus”dan azad olarkən, Sylvia əsəri bitirdikdən 2-3 həftə sonra intahar edir.
və bəlkə də, bu əsər Sylivanın yaşamağa qalan son ümidi idi, bəlkə də, intahar məktubu.
son olaraq, Sylvianın məzarında yazılan, onunla bütünləşən bir cümləni bura qeyd etmək istərdim.
“even amidst fierce fires,
the golden lotus can be planted.” 🪷
“this is a lighter, it belonged my favorite actor, Paul Newman. One day he came into the restaurant where i was waitressing and accidentally left it behind, for the first time in my life, i did something i wasn't supposed…devamı“this is a lighter, it belonged my favorite actor, Paul Newman. One day he came into the restaurant where i was waitressing and accidentally left it behind, for the first time in my life, i did something i wasn't supposed to and slipped it in my pocket, one of the customer saw, and say "don’t worry, your secret's safe with me" that customer turned out to be the love of my life, your grandfather. So, my Alex who i love so dearly, who is probably too much like me for her own good, every once in a while, dont be afraid to break the rules. You never know what can happen.”
“You know Hachi, i still believe that life is what you make of it. The difference is i understand now that not everybody can be strong all the time. Because of that, i'm nicer to people now than i was…devamı“You know Hachi, i still believe that life is what you make of it. The difference is i understand now that not everybody can be strong all the time. Because of that, i'm nicer to people now than i was back then. No matter how much or how often people hurt each other, loving someone is never a waste.”🪷
Tim Burtonun rejissoru olduğu fantastika janrının bir nümunəsi olan Edward Scissorhand filmi və Edward xarakteri. Bəlkə də çox sadə səslənsədə film bu sadəlik ilə çox fərqli nöqtələrə toxunur. İlk olaraq insanlığın yaratdığı və sonunu gətirə bilmədiyi bir varlıq. Tanrı kompleksi…devamıTim Burtonun rejissoru olduğu fantastika janrının bir nümunəsi olan Edward Scissorhand filmi və Edward xarakteri. Bəlkə də çox sadə səslənsədə film bu sadəlik ilə çox fərqli nöqtələrə toxunur. İlk olaraq insanlığın yaratdığı və sonunu gətirə bilmədiyi bir varlıq. Tanrı kompleksi sanki. Başda insanlar üçün əlverişli olması planlaşdırılarkən, daha çox “ucube” kimi görünən bir canlı. Kinonu izlədikcə Frankstein əsərindən bəzi epizodlarla qarşılaşdırırdım istəmədən. Eyni situasiyalar yaşamasa belə baş rollarımız cəmiyyət qınağı və fərqliliyin çərçivələnə bilməməsi necədə gözəl yansıdılıb iki başyapıtdada. İki xarakterdə cəmiyyətin tələbi ilə istənməyən bir “varlığa” çevrilir. Edward başda isti qarşılanır, insanlar onun fərqliliyini xoş görür çünki onların həyatı çox monotondur, 09:00-18:00 iş rejimi, klassik evdar xanım həyatı, çox standart və günümüzdə bəlkə də bəzilərinin arzusu olan sakit bir həyat. Amma Edward onlara yenilik gətirir, yeni bir atraksiyon, monotonluqdan bezənlər üçün fərqlilik, əyləncə mənbəyi olacaq “təlxək” sanki. İnsanlar onu sevir, onun yaradıcılığından və xoş rəftarından istifadə edir, onu cəmiyyət üçün “yararlı” bir varlıq kimi sayırlar. Lakin işlər Edwardında bir insan duyğularına sahib olduğu və istəmədiyi vəziyyətlərdən qaçmağı ilə dəyişir. İnsanlar Edwardın artıq istifadə oluna bilən tərəfinin əksini görürlər və artıq bu tip bir Edward onlara, onların istəklərinə uyğunlaşmır. Və başda maraq oyadan “fərqliliq” sonradan çərçivələnməyə, hər kəs kimi monoton olmağa məcbur edilir. Yaradıcı bir xəyalpərəst ruh, qəfəsə qapadılıb adiləşməyə məcbur edilir. Və bu alınmayanda cəmiyyət üçün yararsız hala gələn “fərqliliq” cəmiyyətdən təcrid olunmağa, uzaqlaşdırılıb “bədheybət” kimi görülməyə başlayır. Nə qədər fantastik və ütopik görünsədə əslində cəmiyyətimizin aktual problemlərindən biridir. İnsanlara lazım olduğun qədər varsan, insanların istəyi qədər “insansan”. Hər insanın baş rol olduğu həyatında, şəxsi həyatın olsa belə onlar üçün figuransan sanki. Bu hissə Franz Kafkanın “Dönüşüm” əsərinidə xatırladır. Başda adi bir “xeyirli” övlad olan Gregorun sonradan böcəyə çevrilib “ucubeləşməsi” kimi. Səni başda çövhər kimi görənlər, adi bir daş parçasına baxarmış kimi davranmağa başlayır. Sən situasiyanın necə irəlilədiyini bilmədən cəmiyyət üçün “təhlükəli”, “yad”, “təlxək” hesab olunursan. Öz istəyin xaricində fərqli bir “bədheybətə” çevrilirsən və insanların sənin haqqında fikirlərini təsdiqləyən situasiyalarda tapırsan özünü. Artıq ya yox olmaq ya da cəmiyyətdən təcrid olunub həqiqi bədheybətə çevrilməyə məcbur olursan.Filmdə Edward nə qədər reallıqdan kənar və ütopik bir xarakter kimi görünsədə, necədə günümüzün acı reallığını fantastika ilə bizə çatdırır Tim Burton. Düşündürücü və “əvvəlcədən baxardım kaşki” dediyim bir film oldu.